Maraqlı

"Mavi" reper güllələndi - FOTO

11 Yanvar 2019 14:55
0 Şərh     Baxış: 2 139

Puerto-Rikoda populyar "mavi" reper Kevin Fret güllənərək qətlə yetirib.

Milli.Az Billboard-a istinadən bildirir ki, 24 yaşlı Fret Latın Amerikasında qeyri-ənənəvi cinsi orientasiyasını açıq etiraf etmiş ilk rep ifaçısı idi.

Puerto-Rikonun paytaxtı San-Zuanın Santurs səmtində motosikletini sürən reperə 8 dəfə atəş açılıb. O, "Medical Center of Rio Piedras"a çatdırılsa da, həkimlər reperi ölümdən xilas edə bilməyiblər.

Cinsi azlıqların hüquqlarını sürəkli müdafiə edən Kevin Fert buna görə sərt tənqid olunur, təhdidlərə məruz qalırdı.

Bu ilin əvvəlindən bəri Puerto-Rikoda 22 nəfər küçələrdə güllələnib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.