Maraqlı

Aralıq dənizi pəhrizi: işləyən xanımdan 5 tövsiyə

10 Yanvar 2019 21:08
0 Şərh     Baxış: 1 248
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspanıya alimləri qidalanma və həyat tərzinə dair geniş bir araşdırma keçiriblər.

Məlum olub ki, "Aralıq dənizi pəhrizi" adlanan pəhrizə riayət edən insanlar nəinki yaxşı və sağlam yaşayır, onlar həmçinin yavaş-yavaş, amma düzgün şəkildə artıq çəkidən xilas olurlar.

Bu pəhrizin digər pəhrizlərdən başlıca fərqi itirilən çəkinin artıq geri qayıtmamasıdır.

Əlbəttə ki, zeytun və dəniz balığı ilə qidalanmaq azdır, hərəkət etmək və spirtli içkini məhdudlaşdırmaq, siqaret çəkməkdən imtina etmək və ümumilikdə orqanizmə nəzarət etmək lazımdır.

Aşağıda göstərdiklərimiz işləyən, vaxtı olmayan, amma mətbəxə marağı və qarınqulu ailəsi olan bir işləyən xanımın təcrübəsinə əsaslanır.

Və əgər siz dəqiq kulinariya reseptləri axtarırsınızsa, onda məqaləni oxumağa davam etməyə bilərsiniz.

Kalorilərin dəqiq miqdarını ölçmək, həmçinin həftə ərzində neçə tikə ət yeyə biləcəyiniz, nahar zamanı neçə qədəh çaxır içməyinizlə bağlı ciddi tövsiyələr vermək fikrim yoxdur.

Nəticələrin çoxu iki tanışımın üzərində aparılan sınaqlar və danışıqlar yolu ilə əldə olunub.

Tanışlarımdan biri italyan, digəri isə yunandır. Hər ikisi gözəl yemək hazırlayır, lakin kulinariya kitablarına münasibətləri mənfidir.

Beləliklə, Aralıq dənizi tərzində ailəni yüngül və tez bir şəkildə necə bəsləmək olar.

1. Pesto sousu və ya maksimum nəticə üçün minimum cəhd

Pestonun hazırlanması sadədir, qışqırmaq kimi... Həvəngdəstə rəng qata bilər, amma bu tamamilə artıqdır.Fotonun müəllifiGETTY IMAGESImage captionPestonun hazırlanması sadədir, qışqırmaq kimi... Həvəngdəstə rəng qata bilər, amma bu tamamilə artıqdır.

Mətbəx kombaynı da bunun üçün əlverişlidir. Bəlkə ətçəkən də əlverişli ola bilər.

Lakin mənim yoxumdur, və ona görə də öz ağlınızla hərəkət edin.

Pestonu hazırlamaq inanılmaz dərəcədə asandır. Və bundan başqa, əgər sizə desələr ki, əsas məsələ ərzaqların miqdarına nəzarət etməkdir, buna inanmayın!

Bunun üçün sizə bir dəstə reyhan, bir parça parmezan pendiri ( təqribən 150 qr, amma çox da ola bilər az da), 100-200 qr şam qozu, sarımsaq və zeytun yağı lazımdır.

İfrata varanlar sizə yağın yalnız ilk əldən sıxılmış olacağını deyəcəklər.

Pesto şorbasını korlaya bilməzsən. Və ümumiyyətlə heç nə ilə korlaya bilməzsən. Qənnadıdan başqa...Fotonun müəllifiGETTY IMAGESImage captionPesto şorbasını korlaya bilməzsən. Və ümumiyyətlə heç nə ilə korlaya bilməzsən. Qənnadıdan başqa...

Şam qozlarını yunan qozu ilə əvəz etmək olar. Parmezan isə qran padano ilə əvəzlənə bilər.

Nəzəri olaraq çedar pendirindən də istifadə etmək olar.

Amma hər şeyin ona yapışacağından qorxuram.

Bəziləri reyhanı cəfəri və vəzəri ilə əvəz etməyin mümkünlüyünü söyləyirlər.

Lakin yalan söyləyə bilmərəm, bunu sınaqdan keçirməmişəm.

Bütün sərt komponentləri mətbəx kombaynına atırıq və döyəcləyirik, lakin tam həll olmamalıdır.

Orada hansısa parçalar qalmalıdır.

Daha sonra isə eyni zamanda az-az yağ tökərək çalmağa davam edirik.

Mən əlavə qab işlətməmək üçün yağı birbaşa şüşədən tökərək edirəm.

Burada başlıca məsələ vaxtında dayanmaqdır, çünki sous həddən artıq duru olmamalıdır.

Amma belə olarsa bu da problem deyil.

Pesto istənilən yeməyi Aralıq dənizi yüksəkliyinə qaldıra bilər: pastanı, o ki makarondur, sukkini, o ki qabaqdır, risotto, o ki düyü sıyığıdır, minestroni, o ki tərəvəz şorbasıdır.

Sizə bu sousdan çox hazırlamağı və soyuducuda saxlamağı tövsiyə edirəm.

Belə olan halda şam və ya nahar yeməyi cəmi bir neçə dəqiqəyə hazır olar.

2. İstənilən zövqə görə Risotto və ya düyü sıyığı

Risotto - sadə yeməkdir və burda hansısa şirin şeylər işə yaramır.Fotonun müəllifiGETTY IMAGESImage captionRisotto - sadə yeməkdir və burda hansısa şirin şeylər işə yaramır.

Düzdür, sürtgəcdən keçirilmiş pendir müqəddəsdir. Lakin mənim evimdə hər zaman parmezan olduğunu düşünməyin.

İngilis çedarı da işə yarayır və ya əlinizin altında hansı pendir varsa.

Risottonu hazırlamaq üçün tamamilə hər şey yarayır!

Mənim aləmimdə ən məşhuru ispanaq, göbələk və balqabaq birləşməsidir.

Lakin sizin başqa inqrediyentlər də xoşunuza gələ bilər.

Bundan başqa, ötən həftənin bazar günü mənim evimdə kiçik ərzaq böhranı (kimsə mağazaya getməmişdi) yaşanmışdı.

Ona görə də nahara hazırlanan risotto süfrəyə "Lənət şeytana, hər şey bitib" adıyla verilmişdi.

Yemək yalnız düyüdən, yerköküdən, bir dəstə saralmış yaşıl soğan və bir neçə dondurulmuş ispanaqdan ibarət idi.

Və bu çox dadlı idi. Risottonu hazırlamaq üçün çox sadə bir qayda var: müdaxilə etməyin!

İlk əvvəl soğanı qızardın, sonra ora düyünü əlavə edin.

Düyünün uzun deyil, yumru olması vacibdir.

Bir müddət düyünü qızardın, bundan sonra bulyonu az-az yeməyə əlavə edin.

Bunun üçün istənilən bulyon kubikləri yarayır.

Mən özüm ət yemədiyimdən, tərəvəz, bitki və göbələk bulyonlarından istifadə edirəm.

Lakin sizi toyuq və ya ət bulyonundan istifadə etməkdən heç nə yayındırmamalıdır.

Quru vəziyyətdə kifayət qədər təqdim edilməyəcək görüntüyə sahib olan bulyon kubikləri işə yarayır...Fotonun müəllifiGETTY IMAGESImage captionQuru vəziyyətdə kifayət qədər təqdim edilməyəcək görüntüyə sahib olan bulyon kubikləri işə yarayır...

Əvvəllər mən bu kubikləri qaynamış suda həll etməyə vaxt sərf edirdim və sonra hazır vəziyyətdə düyüyə əlavə edirdim.

Lakin daha sonra ağlıma bunun daha asan yolu gəldi.

Kubikləri birbaşa düyünün içinə atın və üzərinə qaynamış su əlavə edin.

Gec ya tez onlar orada özləri həll olunacaqlar. Müəyyən vaxtda isə içliyi ora əlavə etmək lazımdır.

Yeri gəlmişkən, içliyi əvvəlcədən ayrıca hazırlamaq və ya nahardan qalan qalıqlardan istifadə etmək lazımdır.

Və, düyüyə mayeyə rahatlıqla qarışmasına mane olmayın.

Əsas məsələ, düyü qazanın dibinə yapışmaması üçün yeni payı vaxtında əlavə etməkdir.

Düyü hazır olan zaman (narahat olmayın, sizdə əgər çox sulu alınıbsa, bütün gecə ərzində düyü bütün artıqları canına çəkəcəkdir) oçağı söndürün və qazana bir parça yağ atın və yaxşıca qarışdırın.

Əgər yağ istəmirsinizsə, əlavə etməyə bilərsiniz, amma belə daha dadlıdır.

3. Tərəvəz, tərəvəz, bir daha tərəvəz

Sobada bişmiş badımcan belə görünür. Siz əgər onun belə göründüyünü çox gözəl bilirsinizsə, onda bağışlayın. Sizi inandırım ki, bu büzüşmüş dərinin altında çox gözəl təam var!Fotonun müəllifiGETTY IMAGESImage captionSobada bişmiş badımcan belə görünür. Siz əgər onun belə göründüyünü çox gözəl bilirsinizsə, onda bağışlayın. Sizi inandırım ki, bu büzüşmüş dərinin altında çox gözəl təam var!

Aralıq dənizi pəhrizi vegetarianlar üçün cənnət deməkdir!

Əlbəttə ki, arzu olunandır ki, sizin mətbəx şkafınızda həmişə konservləşdirilmiş pomidor bankası olsun.

Siciliyadan olan tanışım bir dəfə mənə belə demişdi - əsas məsələ 3 ərzaqın olmasıdır.

Bunlar pomidor, şam qozası və kişmişdir.

Təcrübədən keçirmişəm, əla alınır!

Tutaq ki, siz Pasta alla Norma hazırlamaq istədiniz.

Mən klassik reseptlərin internet məkanında asan tapılacağına şübhə etmirəm.

Amma əgər sizin vaxtınız yoxdursa... Badımcanları bütöv şəkildə sobaya qoyuruq.

Bir neçə bolqar bibərini də elə həmin şəkildə ora əlavə edirik.

Onlar sobada öz "zəngin daxili həyatlarını yaşayarkən" soğanın üzərinə bir neçə banka doğranmış pomidor konservi əlavə edin.

Mən suyu az olan pomidorlara üstünlük verirəm, amma siz özünüz bilərsiniz.

Daha sonra pomidora tərəvəz və bitki kubikləri (əgər təzə reyhan yoxdursa) əlavə edin və dadına baxın. Bura nə əlavə etmək olar, duz və ya şəkər.

Bəli-bəli, tomat sousları üçün şəkər mütləqdir.

Çünki yumşaqlıq verir və onların turş dadını söndürür. Bir qayda olaraq, bir neçə çay qaşığı şəkər tamamilə kifayət edir.

Və tomat kütləsinin suyunu çəkərək sakitcə pıqqıldamasına imkan verin.

Lakin qazana yapışmaması üçün arada qarışdırın.

Bu vaxta qədər isə badımcan və bolqar bibəri artıq bişib. İlk baxışda sobadan çıxarılan tərəvəzlər çox pis görünür: büzülmüş, bəzi yerləri qaralmış.

Amma bu qorxulu deyil.

Bibərləri dərhal saplağından tutaraq plastik paketin içinə qoyun və möhkəm bağladığınızdan əmin olun.

Və sonra badımcanlarla məşğul olun. Onları dərinliyinə qədər yarın (ehtiyatlı olun, onlar həddən artıq qaynar buxarla dolu olduğu üçün sizi yandıra bilər) və bir az soyumağa qoyun.

Daha sonra qaşıqla badımcanın içini çıxararaq onu kiçik hissələrə bölüb sous olan qazana əlavə edin.

Bütün tərəvəzləri sobada bişirmək mümkündür. Bu proses aşpazdan minimal səy gözləyir: sobanı yandırdın, tərəvəzləri sobaya qoydun və necə deyərlər, tamamdır. Otur və gözləFotonun müəllifiGETTY IMAGESImage captionBütün tərəvəzləri sobada bişirmək mümkündür. Bu proses aşpazdan minimal səy gözləyir: sobanı yandırdın, tərəvəzləri sobaya qoydun və necə deyərlər, tamamdır. Otur və gözlə

Əgər bolqar bibəri kifayət qədər soyuyubsa, saplağıyla birgə tumlarını çıxarın (onlar asanlıqla ayrılır) və içinə yığılan suyu boşaldın.

İndi mənim sevdiyim mərhələ başlayır.

Çünki, əgər siz bibəri düzgün şəkildə bükmüsünüzsə, onun üst qabığı asanlıqla soyulacaqdır.

Əldə olunan kütləni də doğrayırıq və badımcanların arxasınca qazana əlavə edirik.

Bura şam qozalarını, zeytun yağı və ya zeytunla kişmiş də əlavə edə bilərsiniz.

Sonuncular sizin zövqünüzə bağlıdır. Mənim xoşuma gəlir!

Bütün bunları qarışdırın və hazır olmasına 5 dəqiqə vaxt verin.

Mərhələnin sonunda əgər təzə reyhan varsa təkidlə əlavə etməyinizi tövsiyyə edirəm.

Əldə olunan məhsul isti şəkildə pasta üçün ideal sous və ya soyuq yeməklər üçün əla qarnirdir.

Bununla, məsələn, ağ balığı və toyuğu örtüb, üzərinə pendir səpib sobada bişirmək olar.

Qabaq və soğan da yaxşı bişirilir.

Əgər mənə təcili qəlyanaltı lazımdırsa, bişmiş badımcanı, bibəri və soğanı tez kombayna atıb əzirəm və bir qaşıq mayonez əlavə edirəm - ləzzət!

Yemək hazırdır.

4. Linqvini, farfalle, radiatori, konçinille, penne, oreçyette - qısacası makaron

Makaron məmulatının hazırlanmasına çox vaxt sərf etmək olar...Fotonun müəllifiGETTY IMAGESImage captionMakaron məmulatının hazırlanmasına çox vaxt sərf etmək olar...

Elə vaxtlar olur ki, mən ekzotik makaron məmulatlarını hazırlamaq üçün çoxlu vaxt sərf edirəm.

Makaron üçün sous adətən əl altında olan məhsulların qarışığından alınır.

Məsələn, pomidor feta pendiri ilə əla uyğunlaşır.

Axı o, brınza pendiridir.

Göbələyi beşamel və ya tomat kimi ağ sousda hazırlamaq olar. Ümumilikdə prinsip risottoda olduğu kimi eynidir: əl altında olan məhsullarla tam fantaziya azadlığı!

Yeri gəlmişkən, ətirli bitkiləri doğrayıb, üzərinə bir az sarımsaq və qoz əlavə edərək bu qarışığı təzə süzülmüş makaronun üzərinə tökə bilərsiniz.

Bu çox gözəl variantdır.

Əgər məndən makaronunun souslu və ya soussuz hazırlanması üçün bir məsləhət verməyimi istəsəydilər , cavabım belə olardı: kulinariya kitablarını oxumayın!

Lakin daha sadəsi də mümkündür. Mənim ailəmin sevimli birləşməs: ispanaqlı balqabaq. Düzünü deyək, trüffel deyil!Lakin daha sadəsi də mümkündür. Mənim ailəmin sevimli birləşməs: ispanaqlı balqabaq. Düzünü deyək, trüffel deyil!

Əgər siz yemək hazırlamağı xoşlayırsınızsa, o zaman təcrübə hansı ərzaqların bir-birinə uyğun gəldiyini sizə deyəcəkdir.

Yox, əgər siz yemək hazırlamağı xoşlamırsınızsa, o zaman ketçupla pendir də işə yarayar.

Amma o zaman Aralıq dənizi yeməyindən yalnız makaronu yeyəcəksiniz!

Mənim əsas birləşmələrim bunlardır:

  • Tomat sousunda ət farşı (amma bunu "bolonyez" sousu adlandırmayın, çünki belə yemək yoxdur. İtalyanlar buna "pasta al ragu" deyirlər).
  • Feta (brınza) təzə pomidorla və ya tomat sousu ilə
  • Qabaqlı pesto
  • Balqabaq soğan və göbələklə
  • Nahardan qalan toyuq qalıqları ağ sousda
  • Həmin badımcanlar
  • Hisə verilmiş qırmızı balığı, ispanaq və qaymaq, lakin bundan artıq Aralıq dənizi qoxusu gəlmir! Amma dadlıdır.
  • Beləliklə, əlimizdə nə varsa onu da istifadə edirik.

Beləliklə, əlimizdə nə varsa onu da istifadə edirik.

5.Balıq, toyuq, ət

İstənilən ətin yavaş hazırlanması vaxt alır, lakin nəticə buna dəyərİstənilən ətin yavaş hazırlanması vaxt alır, lakin nəticə buna dəyər

Bax burada , mən Aralıq dənizi yeməklərinin tez başa gəlməsi barədə dediyim sözləri geri götürməyə və toyuq ətinin və dana ətinin hazırlanması üçün vaxt lazım olduğunu etiraf etməyə məcburam.

Lakin vaxtın sizin sərf etdiyiniz böyük zəhmətlə müşayiət olunması bir fakt deyil.

Cənub həyat tərzinin tələsik olmadığını nəzərə alın.

Təsəvvür edək ki, sizin soyuducuda tamamilə təsadüfən bir kilo qoyun əti vardır.

Mal əti də işə yarayar. Hətta toyuq əti də.

İndi iki variant var: badımcanla olan yunan yoluyla getmək, yoxsa quru meyvələrlə Mərakeş yolu.

Hər iki halda sizin ilk işiniz əti az yağla tavada tez qızartmaqdır.

İdeya ondan ibarətdir ki, şirənin ayrılmaması üçün bütün məsamələr bağlanmalıdır.

Daha sonra əti böyük qazana qoyun və ilkin olaraq ora bir az soğan doğrayın.

İstiliyi artırın və qapağını örtün.

Ətin ayrılan şirəsi qaynamağa başlayan kimi odu tam zəiflədin və gedin bir saatınızı sosial şəbəkələrdə keçirin.

Bir saatdan artıq qa əylənə bilərsiniz.

Təqribən bir saatdan sonra ətə onu nəylə hazırlamaq istədiyinizi əlavə edə bilərsiniz.

Şirin varianta mixək, muskat qozu, hil və hətta darçın (xüsusilə, əgər sizdə qoyun əti yox, toyuq ətidirsə) kimi ədviyyatları daxildir.

Təqdimatdan narahat olmayın. Belə dadlı olanda ailə toplanıb əlavə istəyəcəkTəqdimatdan narahat olmayın. Belə dadlı olanda ailə toplanıb əlavə istəyəcək

Əlinizdə nə varsa ora əlavə edin və yenə də qapağı bağlayın və zəif odda bişməyə qoyun.

Əgər yemək sizə quru təsiri bağışlayırsa ora hansısa mayeni əlavə edə bilərsiniz.

Qaynar suda həll edilmiş bulyon kubikləri burda çox yerinə düşər.

Bu zaman başlıca problem yeməyin iyindən bihuş olan acmış ailəni qazanın ətrafından qovmaqdır.

Onlar sizi plitənin qarşısından çəkilməyə və onları sonunda yedizdirməyə razı salmağa çalışacaqlar.

Amma sonuna qədər müqavimət göstərin.

Çünki yemək odda nə qədər çox qalarsa bir o qədər zərif və şirəli olacaqdır!

Və unutmayın ki, sizin badımcanlı tomatlı pastanız qalıbsa sonda onu da əlavə edə bilərsiniz.

Düzdür, mənim şəxsən badımcanla qaysı birləşməsi xoşuma gəlmir.

Amma sizin başqa fikriniz ola bilər.

Balıqla hər şey daha asandır.

Balığa bir az zeytun yağı çəkin, üzərinə limon suyu çiləyin və sobaya qoyun.

Balığı nəylə istəsəniz süfrəyə verə bilərsiniz! Məsələn, mənim kivi ilə avokado birləşimi xoşuma gəlir.

Manqo ilə papaya da yaxşı alınır. Və ya tamamilə sadə - bişmiş pomidorla qabaq.

Yenə də deyirəm sınaqdan keçirin və dadına baxın! Hər şey sizin ailənizin qida zövqünün nə dərəcədə ortodoksal olmasından asılıdır.

Nəzəri olaraq o inadkarlıq göstərib sizdən qarabaşaq sıyığı ilə kartof da tələb edə bilər.

Desert ? Hansı desert?

Zövq aldınız? Ağzınız sulandı? İndisə bütün bunları qorxulu yuxu kimi unudaq! Biz arıqlayırıq, yoxsa?Zövq aldınız? Ağzınız sulandı? İndisə bütün bunları qorxulu yuxu kimi unudaq! Biz arıqlayırıq, yoxsa?

Xeyr, siz fikirləşməyin ki, italyanların, yunanların, türklərin və misirlilərin şirin və çox dadlı yeməkləri var.

Amma əgər sizin məqsədiniz arıqlamaqdırsa, bunlara laqeyd qalmalısınız.

Təsəlli mükafatı kimi ağ balığı acı şokoladla bişirə bilərsiniz, lakin onun spesifik dadı var.

Beləliklə, özünüzə və ailənizə şəkərin dəhşətli zəhər (təkcə tomat sousunda yox) olduğunu təlqin etməyə çalışın və masaya hansısa almanı cəsarətlə qoyun.

Lazım olarsa onu da bişirə bilərsiniz!

Nuş olsun!

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.