Maraqlı

Yer kürəsinin modelləşdirilməsi platforması yaradılacaq

11 Yanvar 2019 07:14
0 Şərh     Baxış: 384

Yer kürəsi sisteminin modelləşdirilməsi layihəsi Çinin paytaxtı Pekinin Miyun rayonunda reallaşdırılacaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sistem Yer kürəsi sisteminin kəmiyyət təsvirini verməyə və modelləşdirilməsini aparmağa imkan verəcək. Çin Elmlər Akademiyasının Atmosfer Fizikası İnstitutunun direktoru Çju Tszyan bildirib ki, bu, atmosfer, hidrosfer, kriosfer və biosferin inkişaf qanunauyğunluqlarını, həmçinin onlar arasında qarşılıqlı təsiri dərindən başa düşməyə kömək edəcək.

Layihənin infrastrukturunun yaradılması üzrə işlərə keçən ilin avqust ayında başlanılıb. Pekinin mərkəzindən şimalda yerləşən Miyun ərazisində ekologiya, ətraf mühit, iqlim dəyişikliyi və resursların mənimsənməsinin tədqiqi üçün meydançalar yaradılacaq.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.