Maraqlı

Yeni robot onurğada əməliyyat həyata keçirə biləcək - VİDEO

11 Yanvar 2019 22:37
1 Şərh     Baxış: 381

Alimlər insanla müqayisədə daha dəqiq onurğa əməliyyatları yerinə yetirən robot hazırlayıblar.

Milli.Az oxu.az-a istinadən bildirir ki, robot kifoz və skoliozun müalicəsində inqilab edə bilər.

"Scoliobot" (yunanca "skolios" - əyri və robot sözlərinin birləşməsindən əmələ gəlib) robotu sümükdə 0,1 mm dəqiqliklə dəlik açmağa qadirdir. Bu uğura heç bir cərrah nail ola bilməyib.

Professor Filip Bridonun rəhbərliyi ilə Nottinqem Trent Universitetindən olan heyət cərrah işini yerinə yetirən iki robotlaşdırılmış "əl" hazırlayıb. Onurğanın düzləşdirilməsi əməliyyatı zamanı hər bir onurğa sümüyündə dəliklər açmaq lazımdır. Sonra vidalar quraşdırılır və elastik sterjen yerləşdirilir.

Eyni zamanda, əməliyyat tamamlanmış reallıq şəraitində keçirilə bilər ki, bu da cərrahlara böyük ekranda "Scoliobotun" işini izləməyə imkan verir.

Hazırda robot sınaq mərhələlərini keçir, alimlər "Scoliobot"un yaxın beş il ərzində əməliyyat otağında çalışacağına ümid edirlər.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Yeni robot onurğada əməliyyat həyata keçirə biləcək

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    ~~~ · 11 Yanvar 22:5900

    Robota etibar etmək olar?İdarəetməni itirdi, itirdi. Doğrayıb tökər adamı.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.