Maraqlı

Səudiyyə Ərəbistanından həbs edilən komediya ustası və aktivist həyat yoldaşından xəbər yoxdur - FOTO

11 Yanvar 2019 07:41
0 Şərh     Baxış: 1 366
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Səaudiyyə Ərəbistanında tanınmış komediya ustası və aktivist həyat yoldaşı həbs edildikdən sonra itib.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, vətəndaşlarına qarşı sərt addımları ilə gündəmdə ola Səudiyyə Ərəbistanında daha bir belə hadisə baş verib.

Həbs edildikdən sonra Fahad əl-Butairi və aktivist həyat yoldaşı Loujain əl-Hathlouldan xəbər yoxdur.

Qeyd edək ki, 29 yaşlı Loujain ötən il avtomobil sürdüyü üçün BƏƏ-də həbs edilmiş və Səudiyyə Ərəbistanına göndərilmişdi. Ölkəsində qadınların avtomobil sürmə qadağası ləğv edildikdən sonra Hathloul həbsdən buraxılsa da, daha sonra 11 aktivist qadınla birlikdə yenidən həbs olunmuşdu.

Həyat yoldaşı Butairi isə həmin ərəfələrdə İordaniyada həbs edilmiş, bir neçə gün sonra sərbəst buraxılmışdı. Lakin yanvarın 2-də Butairinin dostu, ABŞ-lı TV prodakşn rəhbəri olan Kirk Rudel ər-arvaddan uzun müddətdir xəbər ala bilmədiyi haqqında tvitlər atıb və bundan sonra onların itdiyi məlum olub.

Maraqlı məqamlardan biri də Butairinin Tvitter və İnstaqram hesablarının bağlanmasıdır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.