Maraqlı

Fil turisti tapdalayaraq öldürdü

11 Yanvar 2019 07:28
0 Şərh     Baxış: 1 105

Şri-Lankada vəhşi fil ona doğru hərəkət edən adama hücum edib.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, fil xortumunun zərbəsi ilə yerə yıxdığı insanı tapdalayaraq öldürüb.

Ailəsi ilə təbiətdəki fillərə tamaşa etməyə gedən şəxs birdən-birə filə tərəf hərəkət etməyə başlayıb. İnsanın ona doğru gəldiyini görən fil qaçmağa başlayıb və xortumunun zərbəsi ilə onu yerə yıxıb. Sonra isə fil yerə yıxılan şəxsi ayaqlayaraq əzib və öldürüb.

Şəxsin ailəsi isə kənardan baş verənləri qışqıraraq izləyib. Sonra isə bir nəfər qışqıraraq filin üstünə qaçıb və fil ərazidən uzaqlaşıb.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.