Maraqlı

25 il əvvəl itkin düşən paraşütçü sağ tapıldı - VİDEO - FOTO

11 Yanvar 2019 08:07
1 Şərh     Baxış: 4 479
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sovet İttifaqı dağılmadan əvvəl itkin düşən paraşütçü Timofey Menşikov 25 il sonra sağ tapılıb.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, Menşikov tempraturun mənfi 60 dərəcəyə qədər endiyi meşədə ovçuluq və balıqçılıqla sağ qalmağı bacarıb. Rusiyanın Yakutiya bölgəsindəki vəhşi bir meşədəki kiçik daxmada yaşayan paraşütçü iki it və bir pişik həyatına davam edir.

Timofey 1991-ci ildə itkin düşüb. O, illər sonra tapılsa da, yenə də meşədə, insanlardan uzaq yaşamağı üstün tutub. Menşikov "Niyə qaçdın" sualına "Niyə qaçdım? Dürüst olmaq lazımdırsa, araqdan qaçdım" cavabını verib.

Menşikovu isə bloqçu Oleq Geraymoviç tapıb. Bloqçu "Atam 40 kilometr uzaqda bir ev olduğunu dedi və mən də onu tapmaq qərarına gəldim" deyib.
1979-cu ildən Sovet İttifaqının Hərbi Hava Qüvvələrində xidmət edən Menşikovun 8 yaşı olanda atası və anası vəfat edib. Uşaq evində böyüyən Menşikov bacısı və qardaşını tapmaq üçün Sanqara qədər gedib. Amma onları tapa bilməyib və ümidini itirib.

İnsanlardan uzaqlaşanda evli və 4 uşaq atası olan Menşikovun kürəkəni ona baş çəkib. Amma qızı onları tərk etdiyi üçün atasını görmək istəmir...

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
25 il əvvəl itkin düşən paraşütçü sağ tapıldı

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.