Maraqlı

iPhone-a görə əlil oldu - FOTO

10 Yanvar 2019 13:56
3 Şərh     Baxış: 2 205

Çində 25 yaşlı şəxs iPhone və iPad almaq üçün "qara bazarda" böyrəyini satıb. İndi o, böyrək çatışmazlığından əziyyət çəkən əlildir.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, o, 2011-ci ildə, 17 yaşı olanda iPhone və iPad almaq fikrinə düşmüşdü. Belə bahalı qacetlər üçün valideynlərdə pul olmadığından gənc internetdə axtarış apararaq orqan tacirlərini tapıb. Onlar gəncə deyiblər ki, böyrəklərindən birini transplantasiya əməliyyatı üçün verərsə, yaxşı pul ala bilər.

Elə həmin ilin aprelində gənc valideynlərindən gizlin şəkildə qonşu vilayətə yollanıb. Orada gəncin böyrəyi kəsilib çıxarılıb, pasiyentə transplantasiya edilib. Pasiyent böyrəyə görə 10 min dollar, əməliyyata görə 150 min yuan ödəyib.

Həmin pulların 10 faizi, yəni 22 min yuan (3218 dollar) gəncə verilib.

17 yaşlı gənc də dərhal iPhone 4 və iPad 2 alıb.

Bir müddət sonra onun səhhəti pisləşib. Gəncdə böyrək çatışmazlığı yaranıb, sonra da yeganə böyrəyi sıradan çıxıb. Hemodializ səbəbindən gənc sutkalarla çarpayıdan qalxa bilməyib.

Əməliyyatdan 7 il keçib və dövlətdən alınan müavinətlə yaşayan gəncin daimi quluğa ehtiyacı var.

Çin polisi gizli əməliyyatı təşkil etmiş üç vasitəçini və böyrəyin kəsilib götürülməsində iştirak etmiş iki həkimi həbs edib. Vasitəçilər 5 il, həkimlər isə 3 il müddətinə azadlıqdan məhrum olunub.

Əlil gəncin ailəsinə 1,47 milyon yuan (təqribən 215 min dollar)  təzminat ödənib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

3 Şərh:

  • Anonim
    Предсмертное желание · 10 Yanvar 14:2800

    Iphone 4 ))) qaldin boyreysiz

    Cavab yaz
  • Anonim
    Zəhra · 10 Yanvar 15:1820

    Ay bədbəxt. İphone 4 - ə görə böyrəyin satar adam. Heç olmasa Samsung S9 alaydın. O, böyrəyə dəyərdi

    Cavab yaz
  • Anonim
    .... · 10 Yanvar 15:3010

    Turkler həmişə bele zarafatlar yazirdi şərhlərdə. Gerçəyə çevrilib )))

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.