Maraqlı

"Budda-oğlan" seksual zorakılıqda ittiham edilir - FOTO

11 Yanvar 2019 07:55
1 Şərh     Baxış: 2 972
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nepal sakini Ram Bahadur Bomcon 2005-ci ildən "Budda-oğlan" kimi tanınır.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, 2005-ci ildə kənd sakinləri Budda ağacının altında oturub meditasiya edən 15 yaşlı oğlanı görürlər. Onun Budda Qautamanın reinkarnasiyası olduğu barədə söhbətlər üzə çıxdı. İnanclı insanlar onu görmək üçün kəndə axın etdilər.

Sonra isə fasiləsiz olaraq günlərlə yemək yemədən və yatmadan meditasiya edən oğlan barədə dünya mətbuatı da yazdı. Amma mətbuatın marağı böyük olsa da, bu oğlanın şəxsi həyatı haqqında məlumat çox az idi. Bəziləri deyirdilər ki, onun əsl adı Palden Dorcedir və Ratanapuri kəndindən gəlib.

Bomconun pərəstişkarlarının sayı gündən-günə artıb. Onun haqqında əfsanələr dolaşmağa başladı. Guya 2005-ci ildə o, 9 ay dayanmadan meditasiya edib. Eyni zamanda onu Budda adlandırırdılar. Amma Bomcon bunu inkar edirdi və deyirdi:

"Məndə Budda enerjisi yoxdur. İnsanlara deyin ki, mən sadəcə Rinpoçe səviyyəsindəyəm (Tibet laması)".

2006-cı ildə "Budda-oğlan" yoxa çıxdı və növbəti il yenidən üzə çıxdı. O, yenə də meditasiya edir və mantralar oxuyurdu. Bomcon sonra yenidən yoxa çıxdı.

2010-cu ildə "Budda-oğlan" 17 yerli sakinə hücum etdi və bildirdi ki, onun meditasiyasına men olublar. 2012-ci ildə isə polis Bomconun pərəstişkarları düşərgəsindən slovakiyalı qızı azad etdi. Bildirilir ki, qızı oarada əsir saxlayıb zorlayıblar.

2018-ci ildə Bomcon 18 yaşlı rahibə qızı iki il zorlamaqda ittiham edildi. Bir neçə gün əvvəl isə onun pərəstişkarlarından ibarət qrupa daxil olan 4 nəfərlik ailə itkin düşüb. Bu ittihamlardan sonra 28 yaşlı "Budda-oğlan" yenə də yoxa çıxıb. Polis isə onun izinə düşə bilmir.

Yerli mənbələrə əsasən, Bomcon tez-tez qanunsuzluğa əl atır və seksual zorakılıqla məşğul olur...

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.