Maraqlı

Balaca qız ona çox güvənir - VİDEO - FOTO

10 Yanvar 2019 14:41
1 Şərh     Baxış: 1 442

ABŞ-ın Alyaska ştatında yaşayan Adalinn Liri köpəyi Fyuriyə çox güvənir.

Pit-bulteryer cinsindən olan Fyurini özünə ən yaxın dost və müdafiəçi sayan Adalinn qorxanda köpəyinin yanında özünü rahat hiss edir.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, son vaxtlar çoxsaylı yeraltı təkanların qeydə alındığı Alyaskada gecə tək yatmağa qorxan Adalinn köpəyi yatağına aparıb.

Orada iti qucaqlayandan sonra rahatlaşan 3 yaşlı qız yuxuya gedib.

Yaşananlar otaqdakı videomüşahidə kamerası ilə çəkilib.

Adalinnin atası Kayl videonu sosial şəbəkədə yayandan sonra tənqid olunub.

Ona köpəyin uşaqla birlikdə yatmasının yolverilməz olduğunu yazıblar.

"Burada heç bir təhlükə yoxdur. Fyuri yüzlərlə saat davam edən təlimlərdən keçib. O, qızımın mühafizəçisi və ən yaxın dostudur", - Kayl yazıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Balaca qız ona çox güvənir

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Ququ · 10 Yanvar 16:4400

    Qorxmax lazimdi bele soz var bu adam heyvan kimidi eslinde bele olmalidi bu heyvan adam kimidi

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.