Maraqlı

Qahirədə "Məhəmməd Salah muzeyi" yaradılacaq

10 Yanvar 2019 08:30
0 Şərh     Baxış: 707
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Misir hökuməti Qahirədə "Liverpul" futbol klubunun yarımmüdafiəçisi və bu ölkənin milli komandasının oyunçusu Məhəmməd Salahın adını daşıyacaq muzey yaradacaq.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə ölkənin idman naziri Əşrəf Sübhi bildirib.

O, qeyd edib ki, muzey Qahirənin qərbindəki "Əl-Cəzirə" Gənclik Mərkəzində yaradılacaq. Nazirin sözlərinə görə, Salah "Liverpul" komandasına və futbol üzrə Misir yığmasına uğurlar gətirib.

2018-ci ildə Afrika qitəsinin ən yaxşı futbolçusu adına Məhəmməd Salahın layiq görüldüyünü deyən nazir futbolçunun müvəffəqiyyətləri və nailiyyətləri ilə özünü daha çox həvəsləndirəcəyinə inandığını qeyd edib.

Muzeydə Salahın qazandığı medallar, idman köynəkləri, fotoları və digər şəxsi əşyaları sərgilənəcək.

Qeyd edək ki, Məhəmməf Salah ardıcıl ikinci il Afrikanın ən yaxşı futbolçusu seçilib. O, Dakar şəhərində keçirilən təntənəli mərasim zamanı ən yaxşı futbolçu hesab edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.