Maraqlı

Monarx kəpənəklərinin 90 faizinin nəsli kəsilib

10 Yanvar 2019 08:10
0 Şərh     Baxış: 996
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Kaliforniya ştatından alimləri monarx ("danaid") kəpənəklərinin demək olar ki, on dəfə azalmasını qeydə alıblar.

Milli.Az "Report"a istinadən bildirir ki, alimlər kəpənəklərin bu növünün tamamilə nəslinin kəsilməsi təhlükəsinin olduğunu bildiriblər.

"Xerces" Cəmiyyətinin ekoloqları tərəfindən aparılan son hesablamalara görə, 2018-ci ildə 30 mindən az kəpənək qeydə alınıb. Halbuki 1981-ci ildə onların sayı milyondan çox olub.

Bildirilir ki, ötən ilə qədər danaid kəpənəklərinin ABŞ-ın qərb sahili boyunca uçması müşahidə edilirdi. Lakin keçən il kəpənəklərin miqrasiyası aşkar edilməyib.

Daha əvvəl Lənkəranda "Qırmızı Kitab"da qeydiyyatda olan maxaon kəpənəyi aşkar edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.