Maraqlı

Astma üçün dünyada analoqu olmayan preparat hazırlandı

12 Yanvar 2019 21:40
0 Şərh     Baxış: 844

Rusiyalı alimlər astmanın əsas mexanizmlərindən birini - bronxların xroniki  iltihabını bloklayan preparat hazırlayıblar.

Milli.Az faktxeber.com-a istinadən bildirir ki, bu barədə İzvestiya xəbər verib.

Bildirilir ki, Federal Tibbi Bioloji Agentliyin İmmunologiya İnstitutunun mütəxəssisləri pasientlərə  boğulma pristuplarından qaçınmağa imkan verən vasitə ixtira edib. Alimlər vurğulayırlar ki, dərman təkcə simptomlarla mübarizə aparmayacaq, həmçinin xəstəliyin yaranma səbəbinə təsir göstərəcək.

Preparat artıq siçanlar üzərində yoxlanılıb və müsbət nəticələr əldə olunub.

Qeyd edək ki, ABŞ və Böyük Britaniyada buna uyğun preparatlar olsa da, məhz İL-4 aşağı tənəffüs yollarının iltihabının inkişafında əsas rol oynayır.

Mütəxəssislər preparata tələbatın çox olacağını və pasientlər üçün effektiv olacağını düşünür.

Tomsk Dövlət Universitetinin professoru, həkim immunoloq-allerqoloq Olqa  Fedorovanın sözlərinə görə, bu dərmanın dünyada analoqu yoxdur.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.