Maraqlı

Mikrobu ilk tapan alim həm də İstanbul fəthinin banisi imiş

12 Yanvar 2019 19:40
1 Şərh     Baxış: 856

Ağşəmsəddin 1390-cı ildə Dəməşqdə dünyaya gəlib. Tam adı Məmməd Şəmsəddin bin Həmzədir. Saçının və saqqalının ağ olması və ağ paltarlar geyinməsinə görə "Ağ Şeyx" və ya "Ağşəmsəddin" adları ilə məşhur olub. Ata tərəfindən birinci xəlifə Əbu Bəkrin soyundan olan Ağşəmsəddin ilk təhsilini atasından alıb. 7 yaşındaykən Quran hafizi olub və ailəsiylə birlikdə Türkiyənin indiki Amasiya vilayətinin Çorum-Osmancık qəzasının Sarpın qovaq kəndinə köçüb. Atasının vəfatından sonra Amasiya və Osmancık mədrəsələrində təhsilini tamamlayan Ağşəmsəddin müdərrislik titulu alıb və Osmancık mədrəsəsində dərs deməyə başlayıb. Ağşəmsəddin həmçinin təbabətə və əczaçılığa həvəskar olduğu üçün tibb elmini öyrənib.

Qərbi Qərb edən İslam alimləri

Öz təhsili ilə qane olmayan Ağşəmsəddin irfan təhsili üçün müdərrisliyi və mədrəsəni tərk edir. Sufiliyə olan marağına görə, Ağşəmsəddin əvvəlcə İrana səfər edir, amma ümid etdiyini tapmadığı üçün yenidən Anadoluya dönmək məcburiyyətində qalır. Anadoluda isə Ağşəmsəddinə Ankarada yerləşən Hacı Bayram Vəlini tövsiyə edirlər və belə deyirdilər:

"Əldə etdiyin bu zahiri elmini məna elmilə, biliyini eşqlə, ağıl vergisini ürək və könül vergisi ilə tamamlamağın lazımdır. Bu da təkbaşına mümkün deyil. Sənə ustad lazımdır. Ankarada Hacı Bayram Vəli ilə tanış ol, o səni tamamlasın. Siz bu dünyaya lazım olan insansınız."

Parkinson xəstəliyindən əziyyət çəkən Razi tələbələrinə nə dedi?

Qısa müddət sufiliyin bütün yollarını və incəliklərini öyrənən Ağşəmsəddin Hacı Bayram Vəlidən icazə alaraq Ankaradan ayrılır və Bəybazarına köçür. Bəybazarında məşhurlaşan Ağşəmsəddin qısa müddət sonra oradan da ayrılır və İskilipə köçür. İskilipdən isə Bolu vilayətinin Göynük rayonuna yerləşir. Göynükdə məscid inşa etdirir, öz uşaqlarının təhsil və tərbiyəsi ilə məşğul olur, indiyə qədər gəlib çatan əsərlərini yazır. On övlad yetişdirir.

İstanbulun fəthi

Ağşəmsəddinin əsl şöhrəti Sultan II Muradın əmr və istəyi ilə II Mehmetin müəllimliyinə təyin edilməsi ilə başlayır. Ağşəmsəddin II Mehmete məsləhət verərək İstanbulun fəthinə kömək edir. Ağşəmsəddin uşaqları, tələbələri və müridləri ilə birlikdə fəth ordusuna qatılır.

II Mehmet Ağşəmsəddin ilə İstanbula girdikdə şəhər xalqı tərəfindən qarşılanır, şəhər xalqı Ağşəmsəddini II Mehmet zənn edib ona güllər uzadırlar. Ağşəmsəddin isə, "Padşah mən deyiləm", - deyərək yanındakı II Fatih Sultan Mehmeti göstəririr. II Mehmer isə, "Padşah mənəm, lakin, o mənim müəllimimdir. Güllər ona layiqdir", - deyə təbəssüm edir.

II Mehmet İstanbulun fəthindən sonra Müqəddəs Sofiya məbədində xütbə edir, sonra minbərdən enərək Ağşəmsəddinin imaməti ilə fəthin ilk cümə namazını qıldırır.

Ağşəmsəddin fəthdən sonra II Mehmetin israrına baxmayaraq, İstanbulda qalmaq istəməyərək Göynükə çəkilir və 16 fevral 1459-cu ildə 70 yaşında vəfat edir.

Tibbə maraq

Ağşəmsəddin elmdə və sufilikdə olduğu kimi tibb və əczaçılıq sahəsində də böyük biliyə yiyələnib. Lakin mənbələrdə Ağşəmsəddinin tibb elmini kimdən və necə öyrəndiyinə dair dəqiq məlumat yoxdur. Bununla əlaqədar Şotlandiyadan olan şərqşünas Elias Con Vilkinson Gibb "History of Ottoman Poetry" adlı əsərində Ağşəmsəddinin tibb sahəsindəki elmini Hacı Bayram Vəli ilə birlikdə olduğu illərdə əldə etdiyini yazır və onun barəsində "böyük alim" deyə bəhs edir. Təkcə bədən xəstəliklərinin deyil, eyni zamandan ruhi xəstəliklərin də həkimi olan Ağşəmsəddin ürək xəstəliklərini də müalicə edib.

Mikrob barədə söylədikləri

Milli.Az faktxeber.com-a istinadən bildirir ki, holland mikrobioloq Antoni Van Levenhukun təxminən iki əsr sonra təcrübəylə kəşf etdiyi mikrob barədə Ağşəmsəddin "Maddətul-Həyat" adlı əsərində illər əvvəl bəhs edibmiş:

"Xəstəliklərin insanlarda bir-bir ortaya çıxdığını güman etmək səhvdir. Xəstəlik insandan insana yoluxmaq vasitəsi ilə keçir. Bu yoluxma gözlə görünməyəcək qədər kiçik, lakin canlı toxumlar vasitəsilə ötürülür."

Ağşəmsəddin "Risalətun-Nuriyə", "Halli Muşkilat", "Məqamati Övliya", "Kitabut Tibb", "Maddətul-Hayat", "Dəfi Mətain" və "Nəsihətnamei Ağşəmsəddin" əsərlərini yazıb.

Ağşəmsəddin özündən sonrakı nəsillərə belə buyururdu: Hər hansı işə "Bismillah"la başla. Təmiz ol, daim yaxşılıq et. Tənbəl olma, pislərə qoşulma, yaxşılığa yamanlıq etmə, sənə verilən nemətə az da olsa, çox da olsa şükür et, naşükür olma, naşükürlük insanı cəhənnəmə sürüklər. Heç kimə əsəbiləşmə, heç kimə pis söz demə. İstəyirsən ki, ömrün uzun olsun, onda insanların paxıllığını çəkmə. Paxıllıq insanı qurd kimi içindən yeyər və onu vaxtından əvvəl qocaldar. Çox yatma, bu səni işdən, halal zəhmətdən qoyar və kasıb edər. Daim Allahı zikr et, zira sənin qurtuluşun Allah və onun Qurani-Kərimi ilədir.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Ziko · 12 Yanvar 21:1410

    Allah rəhmət eləsin Böyük alim Türk xalqı böyükdür adil və aquldur Ona görə də qərb dünyası qorxur.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.