Maraqlı

“Huawei”dən mükəmməl yenilik - VİDEO

12 Yanvar 2019 19:45
0 Şərh     Baxış: 964
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Huawei" şirkəti tərəfindən işlənib hazırlanmış "Facing Emotions" proqramı gözdən əlil istifadəçilərə həmsöhbətinin emosiyalarını müəyyənləşdirməkdə kömək edəcək.

"Texkult" xəbər verir ki, Polşa Korlar Assosiasiyasının himayəsi altında yaradılmış və "Huawei Mate 20 Pro" smartfonu üçün uyğunlaşdırılmış proqramda insanın mimikasını anında tanıyan və onun psixoemosional vəziyyətini qiymətləndirə bilən sifət skaneri üçün süni intellektdən istifadə edilib. Smartfonun kameraları həmsöhbətin sifətini skan edir, onun dodaq, burun, göz və qaşlarını müəyyənləşdirir, insanın həmin an əhval-ruhiyyəsini hiss etdirir.

Proqram ümumilikdə 7 növ əsas emosiyaları və onların arasındakı keçidləri tanıyır. Emosiyaların səsləndirilməsi üçün gözdən əlil bəstəkar Tomaş Bileski tərəfindən yazılmış qısa səsli markörlər tətbiq edilir. Sınaq iştirakçıları qeyd ediblər ki, siqnal səslə deyil, əl üzərindəki toxunuş sensoru ilə ötürüldükdə də emosiyalar arasındakı fərq asanlıqla hiss edilir. Tamamilə avtonom işləyən bu proqram internetə qoşulma tələb etmir

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.