Maraqlı

Qurani-Kərimdə rast gəlinən “Bəkkə” məkanı haradır?

12 Yanvar 2019 20:15
0 Şərh     Baxış: 597

Qurani-Kərimdə buyurulur: "Həqiqətən, insanlar üçün ilk bina olunan ev (məbəd) Bəkkədəki evdir ki, o, şübhəsiz, bütün aləmlərdən ötrü bərəkət və doğru yol qaynağıdır" (Ali-İmran, 96). Burada müqəddəs Məkkə şəhərindəki Kəbə evi nəzərdə tutulur. Dini mənbələrdə xəbər verilir ki, "bəkkə" - basırıq, izdihamlı yer mənasını verir. Həcc mövsümü zamanı Kəbənin ətrafında adamlar sıx olduqları üçün ora Bəkkə deyirlər. Bəkkə - Kəbənin yerləşdiyi məhəllə, Müqəddəs Evin ətrafıdır.

Milli.Az islam.az-a istinadən bildirir ki, bəzi məlumatlara görə, yuxarıdakı ayədə "Məkkə" deyil, "Bəkkə" sözünün işlənməsinin daha bir səbəbi vardır. Belə ki, bəzi alimlərin fikrincə, Qurandakı müəyyən hərflərin işlənmə sayı qanunauyğunluğa malikdir və Quran 19 ədədinə əsaslanan sistem üzərində qurulub. Ali-İmran surəsində "Məkkə" əvəzinə "Bəkkə" sözünün işlənməsi də bu qanunauyğunluğu qorumağa xidmət edir. Bu hesabatların incəlikləri müvafiq kitablarda qeyd edilmişdir.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.