Maraqlı

Da Vinçinin MÖHTƏŞƏM MƏSLƏHƏTLƏRİ: qəmginsənsə...

14 Yanvar 2019 05:30
6 Şərh     Baxış: 3 884

İntibah dövrünün əsas qəhrəmanlarından biri, əfsanəvi Leonardo Da Vinçi nəinki incəsənət, eləcə də elm sahəsində bir sıra yeniliklərin bünövrəsini qoyub. Amma onun psixologiyaya verdiyi töhfələrdən çoxumuz xəbərsizik. Rəssam fırçanın köməyi ilə şüurumuzu və ruhumzu sağaltmağın üsullarını maraqlı tərzdə izah edib.

Milli.Az xəbər verir ki, dahi rəssamın müalicə üsulu əsrlərdir ki, psixiatriya sahəsində istifadə olunur.

Çağdaş mütəxəssislər etiraf edirlər ki, Da Vinçinin bu sirri həqiqətən çox faydalıdır. Odur ki, sakitləşdirici dərmanlara pul xərcləməyin. Özünüzü rəsmin sehri ilə yeniləyin.

Yorğunsan - güllər, çiçəklər çək.

Qəzəblisən - xətlər çək.

Ağrıyırsan - heykəlcik yap.

Darıxırsan - vərəqi müxtəlif çiçəklərlə doldur.

Kədərlisən - göyqurşağı çək.

Qorxursan - parçalardan müxtəlif bəzəklər hazırla.

Narahatlıq hiss edirsən - əlindəki əşyalardan kukla hazırla.

Həyəcan hiss edirsən - Kağızı ən xırda hissələrə doğra.

Gərginsən - naxışlar çək.

Vacib xatırlamalısan - labirintlər çək.

Məyussan - rəsmin nüsxəsini çəkməyə çalış.

Qəmginsən - yollar çək.

Nəyisə anlamalısan - mandala çək.

Gücünü tez bərpa etməlisən - peyzaj çək.

Hisslərini anlamaq istəyirsən - avtoportretlərini çək.

Düşüncələrini sistemləşdirmək istəyirsən - kvadratlar çək.

Fikrini cəmləməlisən - nöqtələr çək.

Vəziyyətdən çıxış yolu tapmalısan - dalğalar yaxud dairələr çək.

Bir nöqtədə sayırsan, irəliləmək lazımdır - spiral çək.

Fikrini məqsədin üzərində cəmləmək istəyirsən - şəbəkələr çək. (publika.az)

Milli.Az

loading...

Şərh yaz:

6 Şərh:

  • Anonim
    sd · 14 Yanvar 06:3200

    bay bau yaman deyib ha dahi

    Cavab yaz
  • Anonim
    Dopu · 14 Yanvar 09:0520

    Boş sözlər deyib

    Cavab yaz
  • Anonim
    Roya · 14 Yanvar 09:0550

    Bu tovsuyyeler ressamlar ucundur.Eger bir insanin bacardigi ve ya sevdiyi seneti varsa butun neqativ hallarda ozlerini sakitlesdirmek ucun sevdikleri isleri ile mesgul olurlar.Siradan insanlara komek etmez.

    Cavab yaz
  • Anonim
    Raul · 14 Yanvar 09:3480

    İndiki zəmanədə onların heçbir əhəmiyyəti yoxdur. Təsəvvür elə ki, bankdan zəng gəlir. Kreditin gecikir. Düz xətt çəkməliyəm?

    Cavab yaz
  • Anonim
    SS · 14 Yanvar 10:1201

    Davinci sende diyesen o vaxti prastoy telefon olub yeqin..

    Cavab yaz
  • Anonim
    Papatya · 14 Yanvar 10:2630

    Umumilikde resm cekmek insani sakitleşdiren bir meşguliyyetdi..şert deyil ki, şaheser yaradasan..sadece ele bele. Men usaqliqdan xoşlamişam. Amma oz fantaziyamla yox, mesələn nəyəsə baxib, çekirdim. İndi qetiyyen vaxtim yoxdur . En son aglima gelen sey olar şekil cekmək. Amma demek istediyim odur ki, rahatlaticidir:)

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.