Maraqlı

104 yaşlı əsgər dünyasını dəyişdi

9 Yanvar 2019 21:12
1 Şərh     Baxış: 1 179
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İkinci Dünya Müharibəsinin 104 yaşlı əsgəri dünyasını dəyişib.

Milli.Az xəbər verir ki, 1914-cü ildə doğulan Qay Şarmo İkinci Dünya Müharibəsinin iştirakçısı olub. Savaşda göstərdiyi şücaətə, Fransa torpaqlarının alman faşistlərindən qəhrəmancasına təmizlənməsinə görə bir sıra orden və medallarla təltif edilib. Şarl de Qollun batalyonunda xidmət edən Şarmo müharibə bitəndən sonra uzun müddət həkim kimi çalışıb.

Fransa prezidenti Emanuel Makron ölkənin şanlı tarixini yazan 104 yaşlı qəhrəmanın ölümü ilə bağlı kədərləndiyini vurğulayaraq, xalqına baş sağlığı verib.

Xatırladaq ki, bu gün Fransanın İkinci Dünya Müharibəsi veteranlarından 4-ü yaşayır. Onların ən gənci 96 yaşındadır. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.