Maraqlı

Troya antik şəhərini ziyarət edən turistlərin sayı 500 mini keçib

9 Yanvar 2019 23:16
0 Şərh     Baxış: 852

Türkiyənin Çanaqqala rayonunda 5 min illik keçmişə malik Troya antik şəhərini ötən il 531 min 530 turist ziyarət edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu rəqəm son on ilin ən rekord göstəricisi olub.

1998-ci ildən UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilən bu tarixi abidəni 2008-ci ildən bəri ziyarət edənlərin sayı 300 mindən çox olub.

Ümumiyyətlə, ötən il qardaş ölkənin digər turistik məkanlarına ziyarət edənlərin sayı gözlənildiyindən çox olub.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.