Maraqlı

"Əsrin hakeri" gimnaziya tələbəsidir

9 Yanvar 2019 21:33
0 Şərh     Baxış: 1 044
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məlum olub ki, ötən həftə Almaniyada baş vermiş ən böyük kiberqalmaqalın təqsirkarı Hessen əyalətindəki gimnaziyalardan birinin tələbəsidir. Bu gənci sosial şəbəkələrdə profillərin "qırılmasında", yüksəkvəzifəli alman siyasətçilərin və ictimai xadimlərin şəxsi məlumatlarının oğurlanmasında ittiham edirlər. Ümumilikdə, 949 nəfər hakerin qurbanı olub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, hakerin yaşını nəzərə alan prokurorluq onun adını və ünvanını açıqlamayıb. Almaniyada gənc vətəndaşlar "gənclik qanunvericiliyi" adlı kateqoriyaya aid edilirlər ki, bu qanun onların şəxsi məlumatlarının açıqlanmasını qadağan edir.

Hadisəni araşdıran alman polisi əvvəlcə bu əməlin xarici ölkələrdən birinin kəşfiyyatı tərəfindən törədildiyini güman edib, lakin ertəsi axşam "casusun" şəxsiyyəti müəyyən edilib və onun evində axtarış aparılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.