Maraqlı

Sürü lideri olmaq istəyən iki dağ kəli 6 saat savaşdı - FOTO

9 Yanvar 2019 19:34
2 Şərh     Baxış: 3 621
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Kolorado ştatının Roki dağlarında maraqlı hadisə qeydə alınıb.

Milli.Az ölkə.az-a istindən bildirir ki, iki dağ kəli sürü lideri olmaq üçün 6 saat kəllə-kəlləyə gəliblər.

49 yaşlı fotoqraf Verdon Tomajko nadir görülən bu hadisəyə şahid olub və o anları kamerasının yaddaşına köçürüb. 6 saatlıq mübarizədən sonra dağ kəlləri ayaq üstə güclə dayanıblar.

Saatlarla davam edən mübarizədən sonra dağ kəlləri su içmək üçün yaxınlıqdakı dərəyə eniblər.

Fotoqraf məsələ ilə bağlı deyib: "Payızın son ayında dağ kəlləri cütləşir. Bu səbəbdən bu savaş bir dişi və ya iearxiya üçün necə bir mübarizənin olduğunu gözlər önünə sərir. Kəllər mübarizə apararaq lider olmağa can atırlar".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.