Maraqlı

Valideynlərin diqqətinə: Övladınızda bu xüsusiyyətlər varsa, o, xüsusi istedadlıdır!

9 Yanvar 2019 22:34
1 Şərh     Baxış: 4 351
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az azedu.az-ın xüsusi istedadlı uşaqlar barədə yazını təqdim edir:

Məktəbəqədər yaş dövründə bütün uşaqların müəyyən ehtiyacları olması təbiidir. Xüsusi istedadlı uşaqların isə yaşıdlarından fərqli ehtiyacları da olur. Belə uşaqların yaşıdları ilə ortaq maraqları olsa da, onlardan fərqli olaraq mövzuya daha diqqətli yanaşır və çox informasiya almağa çalışırlar.

Xüsusi istedadlı uşaqlar fərqli xüsusiyyətlərə malik olurlar:

- Körpəlik dövründə qeyri-adi hərəkətlilik;

- Uzun müddət diqqətlilik;

- Valideyinlərini və yaxın adamları tez tanımaq və onlara gülümsəmək;

- Səs və ağrıya reaksiya;

- Yerimə və danışma kimi bacarıqlarda sürətli inkişaf;

- Güclü yaddaş;

- Sürətli öyrənmə bacarığı;

- Erkən və sürətli dil inkişafı;

- Kitablara qarşı xüsusi maraq;

- Yumor bacarığı;

- Düzgün mühakimə və problemləri həll etmə bacarığı;

- Xəyalında canlandırma;

- Diqqətlilik və mehribanlıq;

- Tez-tez sual vermək;

- Yaşıdları ilə oyun oynayarkən həmişə lider olmaq.

Xüsusi istedadlı uşaqların yaradıcılıq sahəsində göstərdiyi xüsusiyyətlər:

Verilən suala ya da qarşılaşdığı problemə özünəməxsus, ağıllı və qeyri-adi çoxsaylı həll yolları tapmaq;

Düşündüklərini ifadə edərkən bəzən qarşı tərəfin fikirlərini qeyri-adi formada müdafiə edirlər. Eyni zamanda rahat şəkildə riskə girirlər, macəra yaşamağa maraqlı olurlar;

Çox kəskin yumor anlayışları var, hadisələrin içindəki icnə mənaları tez görürlər;

Gözəlliyə maraqlıdırlar, əşyaların estetik tərəflərini kəşf etməyə çalışırlar.

Xüsusi bacarıqlı uşaqların öyrənmə xüsusiyyətləri:

- Müxtəlif mövzularda hərtərəfli məlumatlanma - depolama bacarığı.

- Öyrəndiklərini sürətli yadda saxlama və mənimsəmə bacarığı;

- Qarışıq mövzuları asan başa düşüləcək hissələrə ayırmaq;

- Sualların cavablarındakı məntiqi tez görmək;

- Çox diqqətli və dəqiq müşahidəçilik;

- Yaşıdları ilə müqayisədə uzun və qarışıq cümlələr qurmaq;

- Aparılan araşdırmalarda bu uşaqların olduqları sinifdən 2 sinif yuxarı, hətta bəzən 4 sinif yuxarı biliklərə sahib olduqları müşahidə edilib;

- Xüsusilə fizika, riyaziyyat və dil kimi fənlərdə daha uğurlu olmaq.

Xüsusi istedadlı uşaqların liderlik xüsusiyyətləri:

- Məktəbdəki soaial fəaliyyətlərin əksəriyyətində iştirak edirlər;

- Məsuliyyətli olurlar. Söz verdikləri işi yüksək səviyyədə yerinə yetirirlər;

- İstər öz yaşıdları, istərsə da böyüklər arasında özgüvənləri yüksəkdir;

- Sinif yoldaşları tərəfindən çox zaman sevilirlər;

- Özlərini yaxşı ifadə edir, əksərən hər şeyi yaxşı başa düşürlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.