Maraqlı

ABŞ-ın ən yaşlı sakini dünyasını dəyişib.

9 Yanvar 2019 08:08
1 Şərh     Baxış: 1 400

ABŞ-ın ən yaşlı sakini Lesli Braun 114 yaşında dünyasını dəyişib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Braun Ohayo ştatının Klivlend-Hayts şəhərində ölüb. O, 1904-cü ildə Corciya ştatında anadan olub və fermada böyüyüb. Ailəsində 11 uşaq olub.

Həyatının son illərini 3 qızından birinin evində yaşayıb, onun həmçinin 2 oğlu var. Yoldaşı 1991-ci ildə ölüb.

Lesli Braun 9 may 2018-ci il tarixində ABŞ-ın ən yaşlı sakini olub. Həmin gün Pensilvaniya ştatında Delfin Gibson 114 yaşında dünyasını dəyişib.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Əsranur · 9 Yanvar 10:1340

    Vəssalam.ABŞ qaldı yetim.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.