Maraqlı

İmam Hüseynin yoxsul insana 3 sualı

10 Yanvar 2019 22:40
2 Şərh     Baxış: 1 879

Bir yoxsul insan ki, diyə verməyə vəzifələndirilmişdi, möhtac olduğu üçün İmam Hüseynin (ə) yanına gəlir və deyir: "Ey Allah Rəsulunun (s) oğlu! Mən qanın dəyərini üzərimə götürmüşəm, ancaq onu ödəməyə gücüm çatmır. Öz-özümə düşündüm və kərim insandan yardım  istəməkdən başqa yol tapmadım. Sizi, əsrimizin ən kərim insanı kimi tanıtdılar. Sizə qarşı ehtiyac əlimi açıram və sizdən ehsan ümidim vardır".

İmam (ə) buyurdu: "Ey ərəb qardaş! Mən sənə üç sual verəcəyəm. Əgər birincisinə cavab versən, həmin pulun üçdə birini sənə verəcəyəm. Əgər ikisini həll etsən, üçdə ikisini verəcəyəm. Əgər sualın üçünə də cavab versən, bütün məbləği almağa layiq olacaqsan".

Həmin şəxs dedi: "Ey Allah Rəsulunun (s) oğlu! Sizin kimi aqil bir insan mənim kimi nadana sual verəcək? Siz elm və şərafət nəslindənsiniz".

İmam Hüseyn (ə) buyurdu: "Mən cəddimdən eşitmişəm ki, buyurub: "İnsanlara yaxşılıq, onların mərifət və tanıma həddinə görədir"".

Həmin şəxs dedi: "Onda, nə istəyirsinizsə soruşun. Əgər bələd olsam, cavab verəcəyəm. Əks halda sizdən istifadə edəcəyəm".

İmam (ə) soruşur: "Hansı əməlin fəziləti daha çoxdur?".

Deyir: "Allaha imanın".

İmam (ə): "Giriftarlıqdan çıxış yolu nədir?".

Deyir: "Allaha etimad etmək".

İmam (ə): "Bir kişinin həqiqi gözəlliyi nədədir?".

Deyir: "Mülayimlik və səbirlə birlikdə olan elm".

İmam (ə): "Əgər o, olmasa?".

Deyir: "İnsafla olan sərvət".

İmam (ə): "Əgər o, olmasa?".

Deyir: "Səbirlə birlikdə olan yoxsulluq".

İmam (ə): "Əgər o, olmasa?".

Deyir: "Bu halda yaxşıdır ki, səmadan bəla nazil olsun və bu cür insanı məhv etsin. O, buna layiqdir".

Bu zaman İmam (ə) gülümsədi və min dinar məbləği ona verdi. 200 dirhəm dəyəri olan üzüyünü çıxardıb ona əta etdi və buyurdu: "Bu pulu borclu olduğun şəxslərə ver və üzüyü də öz şəxsi ehtiyacların üçün sərf et!".

Həmin şəxs sevinərək, İmamın (ə) hədiyyələrini aldı və bu ayəni oxuyub, İmamın (ə) xidmətindən çıxdı: "Allah Öz peyğəmbərliyini hara qoymağı daha yaxşı bilir". ("Ənam" 124).

Milli.Az

loading...

Şərh yaz:

2 Şərh:

  • Anonim
    1988jale · 10 Yanvar 22:50100

    Adına qurban ya Hüseyn

    Cavab yaz
  • Anonim
    ALLAH BANDASI · 11 Yanvar 09:3720

    ƏSSALAMU ALEYKƏ YA ƏBA ABDILLAH ƏSSALAMU ƏLEYKUM VƏ RƏHMATULLAHI VƏ BƏRƏKATUH

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.