Maraqlı

Əlinin altında olanlara qəzəblənmək – alçaqlığın nişanəsidir

10 Yanvar 2019 21:40
0 Şərh     Baxış: 911
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Həzrət Peyğəmbər (s) buyurur: "Bilin ki, ən üstün insanlar o kəslərdir ki, gec qəzəblənər və tez razı olarlar".

Həzrət Peyğəmbər (s) buyurur: "Qəzəb - şeytandan və şeytan da atəşdən xəlq olmuşdur. Atəş su ilə sönər. Ona görə də nə zaman sizlərdən biriniz qəzəblənsəniz, dəstəmaz alın".

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Həzrət Rəsuli-Əkrəm (s) buyurur: "İgidlik odur ki, kimsə qəzəblənər və qəzəbi şiddətlənər, üzü qızarar və tükləri titrəyər - ancaq öz qəzəbini yatızdırar".

İmam Əli (ə) buyurur: "Qəzəb - çox pis yoldaşdır. Eyibləri aşkar edər, pislikləri yaxınlaşdırar və yaxşılıqları uzaqlaşdırar".

İmam Əli (ə) buyurur: "Ən güclü insan o kəsdir ki, qəzəblənməz".

İmam Sadiq (ə) buyurur: "Hər kim qəzəblənən zaman özünü kontrol etməzsə - bizdən deyildir".

İmam Sadiq (ə) buyurur: "Hər kim sənə üç dəfə qəzəblənərsə, ancaq sənə pis söz deməzsə - onu özün üçün dost seç".

İmam Sadiq (ə) buyurur: "Mömin o zaman ki, qəzəblənər - qəzəbi onu haqdan çıxartmaz. O zaman ki, razı olarsa - razılığı onu batilə tərəf çəkməz. Əgər qüdrət əldə edərsə - öz haqqından çoxunu götürməz".

Həzrət Peyğəmbər (s) buyurur: "Bilin ki, qəzəb - o insan qəlbinə düşən bir parça atəşdir. Məgər qızarmış gözlərini və boynunun damarlarını görməmisinizmi? Hər kim belə hisslər keçirər, torpağın üzərində əyləşsin".

İmam Hadi (ə) buyurur: "Əlinin altında olanlara qəzəblənmək - alçaqlığın nişanəsidir".

İmam Əli (ə) buyurur: "Qəzəblə tərbiyə (mümkün) deyildir".

Həzrət Əli (ə) başqa yerdə buyurur: "Səbir, qəzəb atəşini yatızdırar və kobudluq isə onu şölələndirər".

İmam Əli (ə) buyurur: "Həsəd aparan tez qəzəblənər və kini qəlbindən gec gedər".

İmam Sadiq (ə) buyurur: "Heç bir bəndə öz qəzəbini yatızdırmaz, məgər o halda ki, Allah Təala dünya və axirətdə onun izzətini artırar".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.