Maraqlı

Niyə rəhmətə gedənlər üçün “Fatihə” surəsini oxuyuruq?

10 Yanvar 2019 21:20
2 Şərh     Baxış: 1 623

Niyə rəhmətə gedənlər üçün "Fatihə" surəsini oxuyuruq?

"Həmd" - "Fatihə" surəsində 7 sirr vardır.

Ozamankı Roma imperatoru, Bəni Abbas xəlifəsinə yazdığı məktubda bildirir: "Biz İncil kitabında görmüşük ki, hər kim həqiqət üzündən bu 7 hərfi olmayan surəni oxuyarsa, Allah onun cəsədini atəşə haram edər. O yeddi hərf bunlardan ibarətdir: s,c, x, z, ş, z, f.

Biz hər nə qədər tədqiq etdiksə, İncil və Tövratda belə bir surə tapmadıq. Sizin səma kitabınızda belə bir surə vardırmı?"

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Abbasi xəlifəsi alimləri toplayır və bu məsələni onlarla müzakirə edir. Onlar bu suala cavab verməkdən aciz qalırlar. Nəhayət bu sualı Həzrət İmam Hadidən (ə) soruşurlar.

Həzrət İmam Əliyyən-Nəqi (ə) cavabında buyurur: "O, surə - "Həmd" surəsidir. Bu yeddi hərf orada yoxdur".

Soruşurlar: "Bəs bu yeddi hərfin o surədə olmamasının fəlsəfəsi nədir?"

Həzrət (ə) buyurur:

"1. S hərfi - səbura (həlak olmaq) işarə edir.

2. C hərfi - cəhimə (cəhənnəmin dərəcələrindən birinin adıdır) işarə edir.

3. X hərfi - xəbis (napak) sözünə işarə edir.

4. Z hərfi - zəqquma (cəhənnəmin xüsusi yeməyi) işarə edir.

5. Ş hərfi - şəqavət (bədbəxtlik) sözünə işarə edir.

6. Z hərfi - zülmət sözünə işarə edir.

7. F hərfi - afət (bəla) sözünə işarə edir".

Xəlifə də bu cavabı Roma imperatoru üçün yazır. Roma imperatoru bu məktubdan çox xoşhal olur. İslam dinini qəbul edir və dünyadan müsəlman halda gedir.

Milli.Az

loading...

Şərh yaz:

2 Şərh:

  • Anonim
    ... · 10 Yanvar 22:0534

    Quran diriler ucundur.oluye Quran oxumagin hec bir faydasi yoxdu olen wexs ucun. Yasin suresi 69.70 ci ayede varki Quran qelbleri diri olanlar ucun endirilib ki oxuyub emel etsinler. Peygamberimiz Mehemmed sallallahu aleyhi ve sellem hedisi werifde buyurmuwdu ki olum aninda olan birine Yasin suresi oxuyun ki o wexs canini rahat tapwirsin. Yoxsaki bele olub geden birine oxunan Quranin o wexse hec bir faydasi gelmez.

    Cavab yaz
  • Anonim
    Tənqidçi · 10 Yanvar 22:4033

    Ölülər üçün niyə fatihə surəsi oxunulur?. Bu suala cavab hanı bəs?

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.