Maraqlı

Bədənin dərisinə tatu (döymə) etdirmək olarmı və bu halda dəstəmaz necə alınır?

10 Yanvar 2019 23:15
1 Şərh     Baxış: 1 165

Bədənə döymə yazı və ya şəkil çəkdirmək öz-özlüyündə haram deyil. Əlbəttə, yazının və ya şəkilin məzmunu dinə, əxlaqi dəyərlərə zidd olmamalıdır; əgər zidd olsa, haramdır. Amma qeyd edək ki, ümumilikdə bu, mənasız və dəyərsiz bir iş sayılır. Həm də xalq içində döyməsi olan şəxslər o qədər də müsbət qarşılanmırlar; bəzi hallarda isə bədənə döymə yazı və şəkil vurdurmaq həbsxana həyatı yaşamağın, cinayətkar təbəqəyə mənsub olmağın və hətta əxlaqsızlığın əlaməti sayılır. Ona görə də də bu işdən uzaq durmaq məsləhətdir və mömin şəxsə bunu etmək yaraşmaz.

Milli.Az islam.az-a istinadən bildirir ki, əksər hallarda döymə zamanı rəng iynə vasitəsilə dərinin altına yeridilir. Dəstəmaz üzvlərinin üzərində bu cür döymə varsa, dəstəmaz normal şəkildə alınacaq. Əgər dəstəmaz üzvünün dərisinin üzərinə müvəqqəti döymə çəkilibsə (müvəqqəti nazik təbəqə şəklində), bu halda əvvəlcə onu təmizləmək, sonra dəstəmaz almaq lazımdır.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Anonim · 11 Yanvar 14:0500

    Doymeli insanin namaz qilmasi nese gulmeli geldi men's.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.