Maraqlı

Allaha güvənməyin yolu və təvəkkül

10 Yanvar 2019 21:15
0 Şərh     Baxış: 1 414
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Allaha kamil bir şəkildə iman etməyin təzahürü olan digər bir əxlaqi kefiyyət Uca Yaradana güvənmək - təvəkküldür. Təvəkkül, bir möminin etdiyi işlərdə lazımı tədbirləri gördükdən və əlindən gələn səyi göstərdikdən sonra, ürəyini Allaha bağlaması və Ona güvənib arxalanması deməkdir.
Təvəkkül пїЅ qətiyyən, heç bir iş görmədən "Allaha güvənirəm" deyib tənbəllik etmək mənasına gəlməməlidir. Belə ki, bir dəfə bədəvilərdən biri "Heyvanımı bağlayıb Allaha təvəkkül edim, yoxsa bağlamadan?" ―deyə soruşanda, Rəsulullah (s.ə.s) ona belə cavab vermişdi: "Əvvəlcə bağla, sonra təvəkkül et!" (Tirmizi, Qiyamət, 60).

Milli.Az islam.az-a istinadən bildirir ki, təvəkkül bir işin başlanğıcı ilə yox, sonu ilə əlaqədardır. Duanın iki müxtəlif tərzi vardır пїЅ əməli və sözlü dua. İnsanın, istədiyi şeyin həyata keçməsi üçün lazım olan hər şeyi etməsi əməli dua, əlindən gələni etdikdən sonra istədiyi şeyin həyata keçməsi üçün Rəbbinə dua etməsi isə sözlü duadır. Əməli və sözlü duanı özündə birləşdirən təvəkkül, insanın şəxsiyyətini və varlıq duyğusunu bir kənara qoyaraq sadəcə Allaha güvənməsi, heçliyini və acizliyini dərk etməsi kimi ülvi hisslərin bir nəticəsidir. Təvəkkül, güc və qüdrətin yalnız Allaha aid olduğuna, hər şeyin Onun əmri ilə meydana gəldiyinə ürəkdən inanmaqdan irəli gəlir.
Allahın gözəl adlarından biri də "İşlərini lazımı qaydada Ona həvalə edənlərin işini yoluna qoyub, onların edə biləcəklərindən daha yaxşı edən, hər şeyi idarə və hakmiyyəti altında saxlayan" mənasına gələn "əl-Vəkil"dir. Kimə ki, etibar edirik, o, ölümsüz, əbədi və qüdrətli olmalıdır. Güclü olduğu zənn edilən fani varlıqlara, mala-mülkə arxalanmaq, puç arzulardır. Bu yolda aldananları Allah-Təala (c.c.) güvəndikləri şeylərlə baş-başa qoyur. Buna görə Haqq-Təala Hz Rəsulullaha:
"(Ya Rəsulum!) Ölməz, həmişə diri olana (Allaha) bel bağla və Onu həmd-səna ilə təsdiq et. Allahın öz bəndələrinin günahlarından xəbərdar olması (onları layiqincə cəzalandırmağa) kifayət edər" (FurпїЅan, 58).
Rəsulullah (s.ə.s), Haqq-пїЅəalanın Ona təvəkkül edənləri dünyada və axirətdə qoruyacağını, onları cənnətlə mükafatlandıracağını bir hədisində açıq-aydın bildirmişdir:
"Keçmiş ümmətlər mənə göstərildi. Peyğəmbər gördüm ki, yanında üç-beş nəfərdən ibarət kiçik bir qrup var. Peyğəmbər gördüm ki, yanında bir-iki nəfər var. Peyğəmbər də gördüm ki, yanında heç kim yoxdur. Bu vaxt qarşıma bir camaat çıxdı. Elə bildim öz ümmətimdir. Mənə, "Bunlar Musanın ümmətidir, Sən üfiqə bax!"―dedilər. Baxdım, çox böyük bir qaraltı gördüm. "Bax, bunlar sənin ümmətindir. Aralarında haqq-hesabsız və əzabsız cənnətə girəcək yetmiş min nəfər var"―dedilər".
İbn Abbas (r.a) deyir ki, söz bura çatanda Peyğəmbərimiz qalxıb evinə getdi və oradakı səhabələr bu yetmiş min nəfərin kimlər ola biləcəyi haqqında mülahizələr irəli sürməyə başladılar. Bəziləri, "Bunlar yəqin, Peyğəmbərimizin söhbətində iştirak edənlərdir,"― dedilər. Bəziləri isə "Bunlar İslam gəldikdən sonra doğulub şirki tanımayanlardır,"― söylədilər. Başqa fikirlər də irəli sürüldü. Onlar bu məsələ barəsində mübahisə edərkən Peyğəmbərimiz (s.ə.s.) qayıdıb gəldi və onlardan soruşdu: "Nə barədə danışırsınız?". Səhabələr, "Haqq-hesabsız və əzabsız cənnətə girəcək insanların kimlər olduğu haqqında danışırıq",―dedilər. Rəsulullah (s.ə.s) belə buyurdu: "Onlar cadu etməyən, etdirməyən, uğursuzluğa inanmayan və Rəbblərinə təvəkkül edənlərdir". Uqqaşə ibn Mihsan yerindən qalxaraq: "Mənim də onlardan olmağım üçün Allaha dua et, ya Rəsulullah", ― dedi. Hz Peyğəmbər (s.ə.s): "Sən onlardansan!" ― cavabını verdi. Başqa bir səhabə də qalxaraq: "Mənim də onlardan olmağım üçün dua et, ya Rəsulullah",―dedi. Bu dəfə Peyğəmbərimiz belə buyurdu: "Uqqaşə səndən cəld davrandı" (Muslim, İman, 374).
Bu hədislə çətin vaxtlarında caiz olmayan səbəblərdən yapışmayaraq, bilavasitə Allaha təvəkkül edənlərə müjdə verilir. Həyatında təvəkkülü vərdiş halına gətirən Rəsulullahın (s.ə.s) dilindən bu dua əskik olmazdı:
"Allahım! Sənə təslim oldum, Sənə inandım, Sənə təvəkkül etdim. Üzümü, ürəyimi Sənə çevirdim, Sənin köməyinlə düşmənlərlə mübarizə etdim. Allahım! Məni doğru yoldan azdırmağından yenə Sənə, Sənin böyüklüyünə sığınıram. Səndən başqa tanrı yoxdur. Heç vaxt ölməyəcək və diri olan yalnız Sənsən. Cinlər və insanlar isə ölümlüdürlər!" (Müslim, Zikir,67).
Rəsulullahın hər hərəkətində təvəkkülün izlərini görmək mümkündür. O, evinə girib-çıxanda, yatıb-duranda, bir sözlə hər işində bu prinsip ilə hərəkət edərdi. Ummu Sələmənin (r.a) bildirdiyinə görə, Allah Rəsulu hər dəfə evindən çıxanda mütləq, üzünü səmaya çevirib belə dua edərdi:
"Bismillah, Allaha təvəkkül etdim. Allahım! Yolumu azmaqdan, azdırılmaqdan, büdrəməkdən, haqsızlıq etməkdən, haqsızlığa məruz qalmaqdan, cahil hərəkət etməkdən və cahillərin hərəkətlərinə həmdəm olmaqdan Sənə sığınıram" (Əbu Davud, Ədəb, 102-103; Tirmizi, Dəavət, 35).
Duada keçən "Allaha təvəkkül etdim" ifadəsi, "işlərimi Allaha həvalə etdim" deməkdir. Bir-birimizdən ayrıldıqda "Allah amanında" deyərək xudahafizləşmək, böyük bir ehtimalla bu hədisdən qaynaqlanır. Bunu gündəlik ədəb qaydası kimi tətbiq etməyimiz Peyğəmbərimizin sünnəsinin mədəniyyətimizdəki müsbət izlərindən biridir. Bu gözəl sünnənin əvəzinə Allahı xatırlatmayan bəsit ifadələrdən istifadə etmək düzgün deyil.
Allaha təvəkkül etməyin və qəflətdən uzaq durmağın vacibliyini Peyğəmbərimiz öz səhabələrinə yeri gəldikcə başa salmışdır. Peyğəmbərimiz Zaturrıqa Qəzvəsindən qayıdanda, günorta vaxtı bir vadiyə çatıb fasilə vermiş, mücahidlər də istirahət üçün kölgəyə çəkilmişdilər. Peyğəmbərimiz (s.ə.s.), Səmura adlanan sıx yarpaqlı bir ağacın altında istirahət edirdi, qılıncını da ağacdan asmışdı. Hz.Cabir, hadisənin ardını belə rəvayət edir:
"Bir az yatmışdıq ki, Rəsulullahın bizi çağırdığını eşitdik və dərhal yanına qaçdıq. Gördük ki, yanında bir bədəvi var. Allah Rəsulu belə buyurdu:
―Mən yatanda bu bədəvi qılıncımı götürüb. Oyananda qılınc qınından çıxmış halda onun əlindəydi. Mənə: "İndi səni mənim əlimdən kim xilas edəcək",―dedi. Üç dəfə "Allah" deyə cavab verdim" (Buxari, Cihad, 84,87; Müslim, Fədail, 13)
Allah Rəsulu, ölümlə üz-üzə gəldiyi halda, Uca Rəbbinə olan təvəkkülü sayəsində qorxmamış və özündən əmin bir şəkildə "Məni Allah xilas edəcək!" cavabını vermişdir. Bu mətanət və əzəmət qarşısında sarsılan bədəvinin əlindən qılınc düşmüş və təslim olmuşdur. Sonra da Peyğəmbərimiz səhabələrin çağıraraq onlara təvəkkülün zirvəsi sayılacaq bu misalı şəxsən göstərmişdir. Bədəvini isə cəzalandırmamış, əksinə, İslama dəvət etmişdir. Bu ülvi davranış qarşısında əriyən bədəvi, qövmünün yanına qayıdanda, "Mən, insanların ən xeyirlisinin yanından gəlirəm" deməkdən özünü saxlaya bilməmişdi.
Səhabələr təvəkkülün ən gözəl nümunələrini Peyğəmbərimizin timsalında görmüş, onu həqiqi mənası ilə qavramış və öz həyatlarında tətbiq etmişlər. Yəhya ibn Murrə belə rəvayət edir:
"Hz.Əli xəlifə ikən, gecələr nafilə namaz qılmaq üçün məscidə gedərdi. Bir gecə onu qorumaq üçün arxasınca getdik. Namazı qurtarandan sonra yanımıza gəldi və soruşdu:
― Burada oturmağınızın səbəbi nədir?
― Səni qoruyuruq.
― Səma əhlindən, yoxsa dünya əhlindən?
― Dünya əhlindən.
Bundan sonra Hz Əli (r.a) belə dedi:
― Göydə bir şeyin həyata keçməsi hökmü verilməyibsə, o şey yer üzündə də həyata keçməz. Hər insana iki qoruyucu mələk verilib. Onlar o şəxsi qəza-qədərində yazılan şeyə qədər himayə edirlər. O an gələndə isə onu öz alın yazısı ilə baş-başa qoyurlar. Məni Allah hifz edir, əcəlim gələndə bu qoruma başa çatacaq. Bir bəndə onun üçün yazılan şeylərin mütləq baş verəcəyini, yazılmayanların isə əsla meydana gələməcəyini bilmədikcə, imandan həzz ala bilməz!" (İbn Asakir, XL11, 552).
Təvəkkül etməyib Allahı unudan və hər etdiyini özündən bilən kəslər, nəticədə yenə öz alın yazıları ilə üz-üzə qalırlar. Ancaq, Allahın rizasını əldə etməmiş və imtahandan keçməmiş olaraq! Təvəkkül etmək isə insanı Uca Rəbbinə yaxınlaşdırmaqla bərabər, ona dünya həyatını da rahat və arxayın şəkildə yaşamasına kömək edər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.