Maraqlı

Skype-da təhlükəli boşluq var

10 Yanvar 2019 08:59
0 Şərh     Baxış: 831
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kosovadan olan 19 yaşlı təhlükəsizlik tədqiqatçısı Florian Kunuşevsi "Android" sisteminin idarəetməsi altında işləyən qurğular üçün "Skype" proqramında kənar şəxslərə istifadəçiləri izləməyə imkan verən boşluq aşkar edib. Tədqiqatçı "The Register" nəşrinə izah edib ki, bu boşluğun köməyi ilə haker bloklama ekranını keçə, şəkil, kontaktlara baxa və hətta brauzerin pəncərəsini aça bilər.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, "Android" sisteminin idarəetməsi altında işləyən qurğu üzərində hüquq əldə edən kənar şəxs smartfonu blokdan çıxarmadan "Skype" zənglərə cavab verə bilər,  şəkil, kontaktlara baxa, mətn mesajları göndərə və hətta mesajdakı linkə keçməklə brauzeri aça bilər.
 
Tədqiqatçı sözügedən boşluğu ictimailəşdirməzdən öncə ötən ilin oktyabrında "Microsoft" şirkətinə bu barədə məlumat verib. "Skype" proqramının 23 dekabr 2018-ci ildə təqdim edilmiş versiyasında sözügedən problem artıq aradan qaldırılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.