Maraqlı

iPhone XR populyarlaşır

10 Yanvar 2019 08:31
0 Şərh     Baxış: 999
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"iPhone XR" 2018-ci ilin noyabrında ən populyar "Apple" smartfonu seçilib. Bu barədə "Counterpoint" şirkətinin tədqiqat hesabatında deyilir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, hesabat dövründə modelin satılan nüsxələrinin sayı 5 milyonu ötüb. Bu, "iPhone 8" modelinin 2017-ci ilin noyabr, eləcə də həmin dövr ərzində "XS" və "XS Max" smartfonlarının göstəricilərindən azdır.

Lakin "iPhone X" 2017-ci ilin noyabrında 2018-ci ilin həmin ayında "XS" və "XS Max" smartfonlarından daha populyar olub.   

Qeyd edək ki, "Apple" şirkətinin 2019-cu ilin birinci rübü üçün gözlənilən gəliri azaldılıb. Bunun əsas səbəbi kimi Çinlə ticarət müharibəsi və Çində "iPhone" smartfonlarına tələbatın azalması, eləcə də istifadəçilərin köhnə modelləri yeniləmək istəməmələri qeyd edilir.

"XR" yeni "iPhone" smartfonları arasında ən ziddiyyətli modeldir. Belə ki, qurğu bir kameralı, qalın çərçivəli, zəif təsvir ölçülü ekrana malik olmaqla yanaşı, qabaqcıl prosessor, yüksək avtonomluq və "Face ID" sistemi ilə təchiz olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.