Maraqlı

Minlərlə pul töküb süni mayalanma etdirənlərin nəzərinə

10 Yanvar 2019 08:01
4 Şərh     Baxış: 5 208

Son zamanlarda ölkəmizdə də sonsuzluqdan əziyyət çəkən cütlüklərin övlad sahibi olma arzuları süni mayalanma ilə reallaşdırılır. Lakin bir çox hallarda süni mayalanma da işə yaramır. Bunun səbəbi isə bir sıra amillərin süni mayalanmanın gedişinə mənfi təsir etməsidir.

Milli.Az medicina.az-a istinadən süni mayalanmaya mənfi təsir edə biləcək amilləri açıqlayır:
 
Hər ay normal rejimlə aybaşı tsikli yaşayan qadınlarda 1 yumurta hüceyrə formalaşır. Süni mayalanma zamanı isə tətbiq olunan hormonlar vasitəsilə qadında bu say artırılaraq eyni anda bir neçə ədəd yetişmiş yumurta hüceyrə əldə edilir.
 
Dərmanların təsiri ilə yumurtahüceyrədə baş verən dəyişiklikləri izləmək və dərmanların miqdarını tənzimləmək üçün USM və qan analizləri aparılır. Lazımi ölçüyə çatan yumurtahüceyrələr hormon təsiri ilə yetişdirilir və 36 saatdan sonra narkoz altında yığılır. Toplanan yumurtahüceyrələr laborotoriya şəraitində spermatozoidlə mayalandırılır. Daha sonra isə mayalanmışı yumurtahüceyrədə embrionun inkişafı embrioloq tərəfindən izlənilir.
 
Bu zaman bir sıra amillər bu gedişatı poza və yumurta hüceyrələrin normal inkişafına mane ola bilər.

Süni mayalanmaya təsir göstərn amillər

1) Yaş. Süni mayalanmanın effektivliyinə təsir göstərən amillərdən ən vacibi yaş faktoru hesab olunur. Məsələn, 30 yaşdan aşağı pasiyentlər üçün bu göstərici 60 faiz, 35 yaşdan yuxarı insanlarda 40 faiz, 40 yaşlarında insanlarda isə 15 faizə qədər azalır. Amma bu göstəricilər yalnız 1 dəfə süni mayalanma etdirən insanlara aiddir. Qeyd edək ki, 4 dəfə süni mayalanma etdirən şəxslərdə yaşdan asılı olmayaraq bu göstərici 90 faizə qədər qalxır.
 

2) Follikul rezervi. Qadında yetişən follikul rezervi azaldıqca süni mayalanmanın uğurlu alınma şansı da azalır. Buna görə də, yaşı 35-dən çox olan subay qadınlar, evli olduğu halda hamiləlik planlaşdırmayan qadınlarda və nəsillərində erkən klimaks yaşanan qadınlar süni mayalanma etdirmək istədikdə, onlarda follikul rezervləri yoxlanılmalıdır. Beləkilə də rezervi az olan evli qadınlar təcili olaraq süni mayalanma etdirməlidirlər. Evli olmayanlar isə yumurta hüceyrələrini donduraraq gələcəkdə süni mayalanma yolu ilə ana olma şanslarını saxlaya bilərlər.

3) Siqaret istifadəsi. Süni mayalanmaya ən mənfi təsir göstərən amillərdən biri də siqaret istifadəsidir. Siqaret çəkən insanlarda sperm sayı az və keyfiyyətsiz olduğu üçün əldə olunan embrionların da yaşama şansı azalmış olur.

Milli.Az

loading...

Şərh yaz:

4 Şərh:

  • Anonim
    zyuma · 10 Yanvar 08:4691

    ALLAH her kese.tebii yolla Ata Ana olmagi nesib.etsin...Bawqa hec neye ehtiyac olmasin..

    Cavab yaz
  • Anonim
    QQ · 10 Yanvar 10:2910

    Belə olsaydı onda siqaret çəkən insanların övladları olmazdı ki.Evli kişilərin 80 faizı siqaret çəkir ,hamısının da övladı var

    Cavab yaz
  • Anonim
    Mahir · 10 Yanvar 11:3620

    Bu camaat suni mayalanmada ne gorub goresen. Ele en yaxsisi adam balasi kimi valideyn olmaqdir. Suni mayalanma gunahdir. Hemde ki, cox utancvericidir.

    Cavab yaz
    • Anonim
      Lmmm · 10 Yanvar 13:1512

      Allah hec bir aileye yaşadmasin bunu hec kesin ehtiyaci qalmasin suni mayalanmaya

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.