Maraqlı

Bu ölkədə arıq olmaq eybəcərlik sayılır - FOTO

13 Yanvar 2019 23:03
1 Şərh     Baxış: 2 381

Qərbi Afrika ölkəsi Mavritaniyada gənc qızlar gündə 16 min kalori qəbul etmək məcburiyyətindədirlər.

Milli.Az "ölkə.az"-a istinadən bildirir ki, Mavritaniyada arıq olmaq ayıb və utanc mənbəyidir. Evlənmək yaşına çatan qızların çəkisi ən azı 60, ən çox isə 100 kq olmalıdır.

Çünki qadınların kök olması zənginlik və gözəllik simvoludur. Kişilər də arıq qızlarla evlənmək istəmirlər. Evlənmə yaşına gələn qızlar isə ərə getmək üçün çarəni kökəlməkdə görürlər.

Hər il Mavritaniyada "qidalanma mövsümü" başlayır və qadınlar gözəl olmaq üçün çoxlu qida qəbul edirlər. Anaları tərəfindən məcbur olaraq yemək yeyən qızlar müxtəlif kalorili qidalar qəbul edir, şirin dəvə südü içir və gündəlik 16 min kalori qəbul edirlər. Qızları 11 yaşından kökəltməyə başlayırlar. Bəzi ailələr isə 5-6 yaşından qız uşaqlarını kökəltməyə başlayırlar.Hətta yemək yeməyən qızları döyürlər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Gulya · 14 Yanvar 06:2710

    Salamlar ne yaxsi hami eynidi sen koksen men arigam derdi yoxdu kimse lag elemir

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.