Maraqlı

Adanın dağılmış simvolunun əvəzinə unikal layihə - VİDEO - FOTO

9 Yanvar 2019 16:29
0 Şərh     Baxış: 1 695
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Taxt oyunları" (Game of Thrones) teleserialında və "Titanların savaşı" (Clash of the Titans) filmində mənzərələri yer almış məşhur "Lacivərd pəncərə"nin bərpası təklif olunur.

Milli.Az bildirir ki, "Lacivərd pəncərə" (Azure Window) Malta adasında yerləşirdi, adanın simvolu sayılırdı. Əhəngdaşı qayası olan tağ 2017-ci ildə tufan zamanı dağılmışdı.

28 metrlik Qaya-tağ Qoso adasının qərbində idi.

"Maltanın ürəyi" kimi də tanınmış Qaya UNESCO-nun Ümumdünya Mədəni İrs siyahısında yer almışdı.

Rusiyanın Sankt-Peterburq şəhərində yaşayan dizayner və memar, "Hotei-Russia" şirkətinin rəhbəri Svetozar Andreyev təklifin müəllifidir. Layihənin digər müəllifi Yelena Britanişskayadır.

Qayanı əvvəlki halında bərpa etmək mümkün deyil. S.Andreyev isə Maltanın simvolunu stilləşdirilmiş memarlıq formasında "yeniləməyi" təklif edir. Güzgü effektli polad lövhələri və tilləri olan bu forma dağılmış qaya-tağ-ın ölçüsü, siluetini və miqyasını təkrarlayacaq.

Layihə sahəsi 5 min kvadrat metrdən artıq sərgi pavilyonunun inşasını da nəzərdə tutur. Struktur spriralvari 5 mərtəbədən ibarət olacaq. Spiralın hər burumu Malta arxzipelaqının tarixindəki hər 1000 ilə həsr olunacaq.

S.Andreyevin dediyinə görə, layihəni Maltanın hakimiyət dairələrinə ötən ilin dekabrında təqdim edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.