Maraqlı

Azərbaycanda "qar adamı" axtaran rusiyalı alim: Onlar yadplanetli mənşəlidirlər - FOTO

8 Yanvar 2019 08:50
5 Şərh     Baxış: 3 204

1970-ci illərdə ekspedisiya ilə Azərbaycanda "qar adamı" (yet) axtarışı ilə məşğul olan rusiyalı alim, kriptozoologiyanın əfsanəsi sayılan elmlər namizədi İqor Burtsevmüəyyən edib ki, indiki Qazaxıstan ərazisində yetlər xüsusi şəraitdə yaşayırlar. Alimin sözlərinə görə, burada bəzi kəndlilər yetləri qidalandırır, hətta onları qoruyurlar.

Milli.Az "Report"a istinadən bildirir ki, Beynəlxalq Qominologiya Mərkəzinin rəhbəri İ.Burtsev bunları "Express-k.kz" nəşrinə müsahibəsində deyib.

Hazırda 68 yaşı olan İ.Burnsev Sovet dönəmində "qar adamı" axtarışı ilə dünyanın yarısını gəzib.

SSRİ-də "qar adamı"nı ilk olaraq professor Boris Porşnev araşdımağa başlayıb. O, bu tip varlıqlara çox qədim qominoid adı verib. Professorun işini İ.Burtsev davam etdirib. 1965-ci ildə o, həyat yoldaşı ilə birgə Kabardin-Balkarda, 1970-ci ildə isə Azərbaycanda yet axtarışı üzrə ekspedisiyada iştirak edib. Ardınca Yəmən, Abxaziya, Tacikistan və ABŞ-a ekspedisiyalar təşkil olunub.

O, müsahibəsində Qazaxıstanda "qar adamları"nın yerli əhali ilə əlaqədə olduğunu bildirib:

"Məsələn, Qırğızıstanla sərhəddə yerləşən Jambıl vilayətində kənd var, orada yerli sakin müntəzəm olaraq yetlə görüşür. O, yeti qidalandırır. Talqarda da belə adamlar var".

Rusiyalı alim jurnalistin "onlar dərrakəlidirlərmi?" sualına isə belə cavab verib:

"Nəinki dərrakəlidirlər, hətta onların öz yazıları da var. Onlar Runik yazıları ilə ünsiyyət saxlayırlar. Bir də ağacdan qırdıqları budaqlarla bir-birlərinə mesaj ötürürlər. Kəndlilər onları "kiіk-adam" adlandırırlar, yəni sayqak-adam (antilop qrupuna mənsub ceyranaoxşar heyvan - red.). O həmin Talqarda sakinlərdən biri onların yazı qaydalarını mənimsəyib və "qar adamları" ilə runiklərin köməkliyi ilə yazışır".

İqor Burtsev söhbət əsnasında "qar adamları"nın mövcudluğuna dair əlində kifayət qədər dəlil və sübutların olduğunu diqqətə çatdırıb.

Sonda jurnalistin "qar adamları" kimdirlər sualını alim bu cür cavablandırıb:

- Mənə elə gəlir ki, onların mənşəyi yadplanetlilərə gedib çıxır. Bu çox ciddi məsələdir. Mən yarım əsr bütün versiyaları araşdırdıqdan sonra bu qənaətə gəlmişəm.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

5 Şərh:

  • Anonim
    Doktor · 8 Yanvar 09:0862

    Elə özü də biraz qar adamına bənzəyir məncə

    Cavab yaz
  • Anonim
    Roya · 8 Yanvar 09:1340

    Meceraperset imis.Efsanelerin arxasinca gedirmis.Qar adam hekayesine hec vaxt inanmamisam.Yeqin qarli qis gecelerinin birinde bir adam tekce qorxa-qorxa mese ile gedirmis,tesadufen bir kendlisi de oradan kecirmis ve onu qorxutmaq qerarina gelir ve bacarirda arxasina baxmadan bir basa evlerine qeder qacan o,adam copu tir gorme misali her seyi defelerle boyuderek danisir.Ve kend camaati ucun bir efsane lazim idi onu da uydururlar.Uzun qis gecelerinde carta-cat yanan ocaqlarin basinda hami xeyallarindaki qar adamini texeyyullerinin gucu ile qorxulu,heyacanli bir nagila cevirerek danisir.Belece qar adami yaranir.

    Cavab yaz
  • Anonim
    Предсмертное желание · 8 Yanvar 10:5100

    Yet,ceyranaoxshar heyvan,shekildeki Meymun Kong ve 68 yashli axtarisha cixan bir insan her shey aydindir)))

    Cavab yaz
  • Anonim
    Tam Maxfi · 8 Yanvar 10:5600

    Butun dunya qar adami ve yet axdarir.Ancaq bir dene ya olusu ya dirisini tapan yoxdu.Bu naqildi.mifdi.leqendadi.esatirdi ne bilim sonra nedi.

    Cavab yaz
  • Anonim
    123 · 8 Yanvar 15:0200

    camaat corey derdinde bu qar adam axtarir

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.