Maraqlı

Sevgilinizin əlində belə xətt varsa, deməli... - FOTO

13 Yanvar 2019 21:30
9 Şərh     Baxış: 3 598

Sən demə, ovcumuzdakı bu xətt bütün taleyimizi həll edir.

Hər bir insanın ovcundakı xətlər unikal və təkrarsızdır. Hətta bəzi xətlər toqquşaraq maraqlı naxışlar əmələ gətirir.

Milli.Az xəbər verir ki, bu xətlər sayəsində insanın taleyindən xəbər vermək və xarakterini müəyyən etmək mümkündür.

Ovcumuzda ürək yolu adlanan bir xətt var. O xətt də hər kəsdə bir düzümdə qurulub.

Ürək xətti sol əldə sağdakından yuxarıda olarsa...

Belə insanlar adətən tez aşiq olurlar. Lakin partnyoru ilə münasibətinə daha çox məntiqi ilə yanaşır. Bu məsələdə güclü hissiyyatı və qarşı tərəfin ən xırda detallarına fikir verməsi böyük önəm daşıyır. Belə insanlar olduqca qaynar və tez alışandırlar. Hətta münaqişə anında da özlərini çox müdrik aparırlar. Onlar yalnız böyük sevgi duyduqda, ailə qururlar. Sevdikləri insandan həssaslıq və romantika tələb edirlər.

Sağ əlin ürək xətti soldakından yuxarıda olarsa...

Bu insanlar çox etibarlıdırlar. Hər çətin anınızda yanınızda olacaqlar. Güclü düşüncə qabiliyyətləri var. Çox vaxt sakit, səbirli və təmkinli olurlar. Özlərinə qarşı olduqca tələbkardırlar. Tam vaxtında özlərini ələ almağı bacarırlar. Lakin bəzən ən elementar hadisələrdə özlərini idarə edə bilmirlər. Bu da onlara mane olur.

Üək xətti hər iki əldə bərabər məsafədədirsə..

Bu çox nadir haldır. Belə insanların çox ağır xasiyyəti olur. Mehriban, şəfqətli, səmimi, eyni zamanda da tez inciyən və emosionaldırlar. Onların yanında sözlərinizi diqqətlə seçin. Çünki hər fikrə kifayət qədər ciddi yanaşırlar. Bu insanların müsbət keyfiyyətləri də az deyil. Məsələn, çətin xarakterlərinin fərqindədirlər. Doğmalarına qarşı minnət hissi ilə aşıb-daşırlar və onlar üçün hər şeyə qadirdirlər. Çox yaxşı dinləmə qabiliyyətləri var. İnsanlara irad bildirməkdən çəkinirlər. (publika.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

9 Şərh:

  • Anonim
    · 13 Yanvar 21:4200

    Men de, urek xetti, her, iki elde beraber mesafededir !

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 13 Yanvar 21:4923

    Mende saq elde yuxaridadi Hamisi da duzdu

    Cavab yaz
  • Anonim
    esmer20 · 13 Yanvar 22:1611

    mrndede eynidi her iki xet ve yazilanlarda cox duzgundu heyatimda ilk defe ozum haqda ele duzgun yazi gordum burclerde illerde yazan yazilarda ozmu gormurdum amma bu yazi dogrudu

    Cavab yaz
    • Anonim
      Seymur İsayaev · 14 Yanvar 00:0600

      Mende de eynidi xetler bu yazidaki kimi xarakterimde eledi bir az qatisiq...

      Cavab yaz
  • Anonim
    asi · 13 Yanvar 23:3722

    Tam anlamadım söhbət hansı xətdən gedir, əlimdəki bütün xəttlər sağla solda bərabərdi))..Axırıncı hissə eyni ilə mən)). Adi bir şeydən elə inciyirəm ki, elə bil məni döyüb söyüblər)..Hələ ən çox işlətdiyim ifadədi " mənə dediyin sözlərə diqqət elə", evdə uşaqlı böyüklü hamının zəhləsini tökürəm bu ifadə ilə))..

    Cavab yaz
  • Anonim
    Seymur İsayaev · 14 Yanvar 00:0400

    Mende beraberdi xetler....

    Cavab yaz
  • Anonim
    Roya · 14 Yanvar 09:1211

    Mende xetler eynidi,yazilanlarla raziyam.

    Cavab yaz
  • Anonim
    Roya · 14 Yanvar 09:1411

    Bes yaziblar nadir haldir.Baxiram ekseriyyetimizin elindeki xetler beraberdir.

    Cavab yaz
    • Anonim
      Hara · 14 Yanvar 18:1001

      Roya xanım, deyir nadirden azdı.

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.