Maraqlı

Hər kəsi heyrətə gətirən 61 illik retro avtomobil - VİDEO - FOTO

7 Yanvar 2019 11:30
0 Şərh     Baxış: 2 385
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, görənlərin diqqətini çəkən bu qeyri-adi retro maşın Zaqatala sakini Azər İmamova məxsusdur.

Azərin retro maşınlara olan marağı və əzmi nəticəsində bu maşın saz vəziyyətə gətirilib. Babasından yadigar qalan dəmir parçasından ibarət bu maşın tam 3 ilə yığılıb.

Azər İmamov - Zaqatala sakini: "Detalları çətinliklə tapılır. Müasir avtomobil deyil ki, mağazadan alasan. Xarici ölkələrdən, Rusiya, Ukraynadan köhnə hissələr gətirirəm. Köhnə maşınlara marağım var. İstədim ki, babamızın yadigarını qoruyum".

Avtomobil ancaq əllə idarə olunur. Maşını idarə etmək üçün bütün detallar sükanın ətrafında quraşdırılıb. Maşını görən hər kəs maraqla baxır və şəkil çəkdirir.

Sahibinin dediyinə görə, avtomobili almaq üçün 15-16 min AZN təklif edənlər olub. Ancaq o satmaq istəməyib. 

Azər İmamov - Zaqatala sakini: "1958-ci ildən 1970-ci ilədək istehsal edilib. II Dünya Müharibəsi əlilləri üçün nəzərdə tutulub".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Hər kəsi heyrətə gətirən 61 illik retro avtomobil

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.