Maraqlı

Dünyada ilk dəfə üzünü qırxan sərkərdə, bərbərliyin yaranması - TARİXİ FAKTLAR

10 Fevral 2019 21:05
4 Şərh     Baxış: 3 479
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünya tarixində elə hadisələr baş verib ki, onlar barədə məlumat çox azdır. İlk dəfə Makedoniyalı İskəndərin əskərlərinə üz qırxmağı əmr etdiyi bilinir.

Milli.Az "ölkə.az"-a istinadən bildirir ki, dünya tarixində də ilk dəfə üzünü tərtəmiz qırxan İskəndər olub. Bu və digər maraqlı faktları tarixçi-alim Əkbər Nəcəf verib.

Deməli ilk dəfə üzünü tərtəmiz qırxan Böyük İskəndər olub. Daha sonra kişilərin üz qırxması dəb kimi yayılıb. O zamanlar bu dəbə qarşı ən sərt etiraz Athenaosa görə filozoflardan gəlib.

Şərqdə isə üz qırxmaq bir təriqəti kimlik idi. Belə ki Qələndəri dərvişləri tüksüz olmaları ilə tanınırdılar. Onlar sadəcə üzlərini deyil, eyni zamanda qaşlarını, saçlarını hətta bədənin bütün tüklərini qırxırdılar. Üstəlik onlar yarı çılpaq dolaşmaları ilə də məşhur idilər.

Bərbərlik məsləyi Ellenizmin əsəridir. İskəndərin üz dəbi b.e.ə. 300-cü ildə Yunanıstanın tamamına, İtalyaya və Yaxın Şərqə yayılmışdır. Bu işi ticari bir məslək halına gətirənlər Sicilyalılar olublar. Belə ki, Sicilya bərbərləri Romadan indiki Anadoluya qədər bütün ellen ölkələrinə yayılmışdılar.

İskəndərin deodokları da üzü tüksüz idi. Buna görə də, onlara aid üzü tüksüz sikkələrə uzun müddət xalq niftər etmişdir...

Bərbərliyi istifadə etdiyi texnologiya ilə mükəmmləşdirən müsəlmanlar olublar. Çünki, orta əsr müsəlman kişiləri, xüsusilə də imkanlı gəncləri hər gün bərbərə müraciət edir, vaxtlarının çoxunu saqqalarına xüsusi şəkil və forma vermək üçün sərf edirdilər. Müsəlman saç və geyim modası o qədər sürətlə yayılmışdı ki, xristianların bu modanı təqib etməmələri üçün Roma papalarının xüsusi fərmanları mövcuddur. Ancaq o zamanlar bu fərmanlar elə də işə yaramırdı. Bəzən moda hər cür inancdan daha təsirli ola bilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.