Maraqlı

Gözəllikləri ilə göz qamaşdıran məşhur modellərin FORMADA QALMAQ SİRLƏRİ - FOTO

13 Yanvar 2019 20:51
0 Şərh     Baxış: 2 339
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyanın məşhur modelləri daim formada qalmaq üçün bir çox üsullara ət atırlar.

Milli.Az "ölkə.az"-a istinadən bildirir ki, bəzi məşhur modellər isə əslində formada qalmaq üçün heç bir əziyyət çəkmirlər. Siyahını və gözəllərin sirlərini oxucularımıza təqdim edirik.

1. Bella Hadid

İncə beli və uzun ayaqları ilə məşhur olan Bella kartof qızartması, pendir və ketçupdan gündəlik istifadə etdiyini bildirib. Bir çoxları bunun həqiqəti əks etdirmədiyini düşünsə də, əslində Bella istədiyi vaxt istədiyi yeməyi, günün istənilən saatında yeyib kökəlməyən insanlardandır.

2. Cici Hadid

İştirak etdiyi bir verilişdə Cici qeyd edib ki, hər həftə mütləq hamburqer qəbul edir.

3. Kara Delevin

Digər modellərdən fərqli olaraq Karanın iş qrafiki gərgin olduğu üçün fast food yeməklərinə üstünlük verir. Delevin bildirir ki, istədiyi yeməyi yesə də, idmanla məşğul olmağı əsla unutmur.

4. Miranda Kerr

Gözəl  model daim pəhrizdə olduğunu bildirir. Amma bununla belə, heç vaxt ac qalmır. Səhərlər yuxudan duran kimi bir stəkan limonlu su içən Miranda əsasən salat və qızardılmış balıq yeyir.

5. Haydi Klum

4 uşaq anası, 45 yaşlı Haydi kafe və restoranlarda çox yemək yemədiyini, yeməklərini əsasən evdə bişirdiyini deyir. Gözəl model axşam yeməyini 18:00-da yeyir və sonra isə heç bir qida qəbul etmir.

6. Jozefin Skriver

25 yaşlı model Jozefin yalnız "müalicə günləri" adlandırdığı günlərdə hamburqer, pizza və şokolad qəbul edir. Səhər idmanlarına xüsusi diqqət ayıran Skriver yaxşı səhər qəhvəaltısı ilə günə başlayır.

7. Alessandra Ambrosio

Gözəl Alessandra müntəzəm olaraq yaşıl çay içir. O, bunun yağları yandırıb metabolizmanı stabilləşdirdiyinə inanır. Səhər yeməyinə yumurta və avokado tostu ilə başlayan Abrosio sonrakı saatlarda tərəvəzli "smootie", günorta və axşam yeməklərində isə suşi və ya toyuq yeyir.

8. Rozi Hantinqton Uaytli

Rozi 80/20 qaydasını tətbiq edir. O, 80% sağlam qidalanır və 20 faiz də qeyri-sağlam qida qəbul edir. Məşhur model şəkər və spirtli içki qəbul etmir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.