Maraqlı

LG G8-də ekranın özü səsi generasiya edəcək

8 Yanvar 2019 08:41
0 Şərh     Baxış: 760

OnLeaks ləqəbi ilə tanınan məşhur insayderin verdiyi məlumata əsasən LG G8 flaqman smartfonu əvvəlki modellər kimi olmayacaq. Belə ki, smartfonun əsas özəlliyi, onun Sound on Display texnologiyasında olacaq. Bu texnologiya öz növbəsində smartfonda səsgücləndiricidən imtina etməyə imkan verir və bunun sayəsində daha böyük ölçülü ekrandan istifadə üçün şərait yaradır. Bununla belə səsgücləndiricilərin olmamasına görə səs ekranın özündən gəlir.

Milli.Az technote.az-a istinadən bildirir ki, ekran vibrasiyalar və insanın sümük keçiriciliyi (insanın kəllə sümüyü vasitəsilə daxili qulağa səsin ötürülməsi) vasitəsilə səsi generasiya edəcək. LG G8-də şirkətin öz texnologiyasından və ya Samsung-un texnologiyasından istifadə ediləcəyi hələki bilinmir. Qeyd etmək lazımdır ki, Samsung artıq uzun müddətdir ki, bu texnologiya üzərində çalışır.

Bəzi məlumatlara əsasən şirkət bu sahədəki texnologiyalarını artıq bir neçə gündən sonra start götürəcək CES 2019 sərgisində təqdim etməyi planlaşdırır. Buna baxmayaraq LG şirkəti də bu sahədə yenilikçi deyil. Belə ki, şirkətin LG Crystal Sound OLED adlı televizor modeli də məhz bu texnologiyadan istifadə edir. Həmin televizorda səs vibrasiyalar vasitəsilə ötürülür. Bununla belə ötürülən səs güclü, təmiz olur və televizor ekranına heç bir zərər vermir. LG G8 flaqman smartfonu bu ilin birinci yarısında təqdim olunmalıdır.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.