Maraqlı

Sosial media erasında GIF-lər yeni qısa filmlərdirmi?

8 Yanvar 2019 08:11
0 Şərh     Baxış: 356

Əgər qısa filmlər tammetrajlı filmlərdən qısadırsa, reklam çarxları isə hər ikisinindən qısadırsa, o zaman ən qısa filmlər nədir? 18 saniyə və daha qısa uzunluqda olan GIF-lər getdikcə daha çox diqqət cəlb edir.

GIF və ya CIF adlandırmağa öyrəşdiyimiz Graphics Interchange Format mobil telefonlarda və sosial mediada gördüyümüz,dayanmadan təklarlanan video animasiyalardır.

Milli.Az "Amerikanın səsi"nə istinadən bildirir ki, Nyu Yorkda keçirilən Giphy Film Fest-də isə bu animasiyalar smartfon ekranlarından böyük ekranlara keçirilib.

Tiffani Vasgez, Giphy: "Məncə insanlar bütövlükdə daha qısa məzmuna öyrəşiblər və əminəm bu formatda getdikcə daha çox istifadə ediləcək."

İstifadəçilər öz videolarını və fotolarını Giphy.com və Gifs.com kimi səhifələrə yükləyə bilər. Bu səhifələr avtomatik olaraq həmin materialları GIF formatına çevirir və sosial mediada paylaşılmasını daha asan edir.

Robert Blemon, Giphy Film Fest-in finalçısı: "Emoji vasitəsilə sən baş barmağın yuxarı olan və ya gülümsəyən üz göndərə bilərsən. GIF-lə isə sənə tam reaksiya verə bilərsən. GIF-i daha popular edən bu xüsusiyyətdir."

Tiffani Vasgez: "Təqdim edilən videolar çox müxtəlif idi. Bəziləri real hərəkətlər, illustrasiya, digərləri isə eksperimental idi. Aralarında romantik və ya qorxulu olanlar da var idi. Müxtəlif yollarda yaradıcı videolar idi.

Amma bu videolar 18 saniyə və ya daha az davam edirsə, onu film adlandırmaq olarmı? Yaradıcıları üçün bu əhəmiyyətsiz sualdır.

Ani Akopyan, film istehsalçısı: "Mən kimisə uzun bir səyahətə aparmaq haqqında düşünmürəm. Mən istəyirəm ki, insanlar bunu xatırlasınlar. Fikrimcə bunu qısa şəkildə etmək daha effektivdir."

Rendi Rosario, Multimedia rəssamı: "Mən GIF formatını çox sevirəm, çünki onlar çox asan və tez hazırlanır. Mən bir gün ərzində birini hazırlayıb, onu sosial mediada paylaşa bilərəm."

Robert Blemon: "Son altı ayda mənim baxışlarımın sayı 136 mindən 200 milyona qədər artıb. Qasırğa kimi oldu bu."

Təşkilatçılar bu imkanlara çıxışı genişləndirərək, film istehsalçıları və rəssamları həvəsləndirməyə çalışırlar.

Tiffani Vasgez: "Məsələn sənin uzun və ya hətta qısa film hazırlamaq üçün lazım olan imkanların yoxdur. Amma 18 saniyəlik filmi etməyə gücün çatar."

Mukunda Anqulo, Giphy Film Fest-in hakimi: "Telefonunla, iPad-inlə bir şey çəksən kifayətdir. İndi kameralar hər şeydə var. Film çəkməmək üçün heç bir bəhanə yoxdur."

Diqqət yayınması erasında, qısamüddətli əyləncə daha müvafiqdir.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.