Maraqlı

"Ford" şirkəti öz tarixində ən çox avtomobili geri çağırır

5 Yanvar 2019 12:40
0 Şərh     Baxış: 1 073
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Ford" şirkəti "Takata" hava təhlükəsizlik yastıqlarının dəyişdirilməsi məqsədilə bütün dünyada 953 min avtomobilini geri çağıracağını bəyan edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, şirkətin bəyanatına görə, "Takata" hava təhlükəsizlik yastıqlarının qəza olmayan normal şəraitdə partlaması və üzərindəki metal hissələri bütün salona yayması ehtimalı var. Bu, sərnişinlərin və sürücünün ağır xəsarət alması, hətta ölümü ilə nəticələnə bilər. Əsas problem sürücünün yanında oturan sərnişinin istifadəsi üçün nəzərdə tutulan təhlükəsizlik yastığındadır. Bu yastıq nasaz inflyatorla təchiz olunub. "Takata" hava yastıqlarının şişirdilməsi üçün kimyəvi ammonium nitratdan istifadə edir, lakin bu maddə istinin və rütubətin təsirindən korlana və partlayışın qarşısını almaq üçün nəzərdə tutulan metal kanistri parçalayan güclü partlamaya səbəb ola bilər.

Geri çağırılan modellərə "Ford Edge" və "Lincoln MKX" (2010), "Ford Ranger" (2010-2011), "Ford Fusion" və "Lincoln MKZ" (2010-2012), "Mercurу Milan" (2010-2011) və "Ford Mustang" (2010-2014) daxildir. Şirkət bu avtomobilləri fevralın 18-dən başlayaraq geri çağıracaq. Onların 782 mini ABŞ ərazisindədir. Tədqiqatlara görə, müxtəlif modellərdə istifadə olunan bu cür inflyatorlar indiyədək 23 nəfərin ölümünə səbəb olub. Bununla yanaşı, "Ford"un təmsilçiləri qeyd ediblər ki, hazırda geri çağırılan avtomobillərlə bağlı onlara bədbəxt hadisə haqqında heç bir məlumat daxil olmayıb. Lakin potensial qəzaların qarşısını almaq üçün şirkət bu hissələri dəyişəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.