Maraqlı

Ceremi Klarkson ilin ən pis maşınlarının adını açıqladı

7 Yanvar 2019 03:30
0 Şərh     Baxış: 3 190
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məşhur britaniyalı aparıcı Ceremi Klarkson 2018-ci ilin ən bərbad maşınlarının adını açıqlayıb.

Milli.Az "ölkə.az"-a istinadən bildirir ki, avtomobil istehsalçılarını daim tənqid edən Klarkson 5 avtomobilin adını çəkib.

Onun siyahısında "Abarth 695 Rivale" və "Audi Q8" modelləri var. Klakrskon "Abarth 695 Rivale" modelini çətin idarə edilən, "Audi Q8" isə ağlını itirənlərə münasib adlandırıb.

Bundan başqa "Sunday Times" nəşri üçün sınaq yürüşündə aparıcı "Renault Duster" modelinin də adını çəkib. Onun fikrinə görə bu modelin mühərriki zəifdir. Bundan başqa "Mini" avtomobilinin xüsusi versiyası da narahat olduğu üçün Klarksonun siyahısına düşüb.

Beşinci yerdə isə "Volvo V60" universal modelidir. Klarksonun fikrinə görə, bu avtomobil konkret olaraq intim həyatını bitirənlər üçün nəzərdə tutulub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.