Maraqlı

Pandaların ağac uğrunda davası - VİDEO

13 Yanvar 2019 23:12
2 Şərh     Baxış: 1 887
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çində bir ağac üstündə iki panda arasında düşən dava sosial şəbəkələrdə böyük marağa səbəb olub.

Milli.Az oxu.az-a istinadən bildirir ki, kadrlarda ətrafda başqa ağacların olmasına rəğmən, onların məhz həmin bir ağac uğrunda mübarizə apardığını görmək olur.

Əvvəl pandalar itələşərək, bir-birini ağacın gövdəsindən uzaqlaşdırmağa çalışır. Pandalardan biri ağaca dırmanan kimi ikincisi onu ayağından dişləməyə başlayır. Təslim olmaq istəməyən panda rəqibini pəncəsindən və qulaqlarından dişləyərək aşağı itələyir.

"İki Kunq-Fu pandanın şirin döyüşü", - deyə sosial şəbəkə istifadəçiləri videoçarxı şərh edib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Pandaların ağac uğrunda davası

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.