Maraqlı

Yeni iPhone-lar Hindistanda yığılacaq

5 Yanvar 2019 08:15
0 Şərh     Baxış: 396

"Apple" korporasiyasının podratçısı olan "Foxconn" şirkəti 2019-cu ildə qabaqcıl "iPhone" modellərinin quraşdırılmasını Çindən Hindistana daşıyacaq. Bu haqda mənbələrə istinadən "Reuters" agentliyi məlumat yayıb.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, istehsalın Hindistana daşınması şirkətə 356 milyon dollara başa gələcək. "Foxconn" şirkəti yeni zavod inşa etməyəcək, artıq Şriperambudur şəhərində yerləşən zavodun fəaliyyətini genişləndirəcək. Hazırda bu zavodda Çinin "Xiaomi" şirkəti üçün qurğular yığılır.
 
"Foxconn" Şriperambudurda yerləşən zavodda ən bahalı və aktual "iPhone" modellərini yığmaq niyyətindədir.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.