Maraqlı

Bu Vivo 5G-ni dəstəkləyir

5 Yanvar 2019 08:01
0 Şərh     Baxış: 556

"Vivo" şirkəti "China Mobile Global Partner Conference" konfransı çərçivəsində beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) dəstəkləyən ilk smartfonunu nümayiş etdirib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, şirkət qabaqcıl "NEX" modelinin "5G" versiyasının hazırlanmasını ötən ilin avqustunda açıqlasa da, yeni qurğu ilk dəfə konfransda canlı nümayiş olunub. Yeni modelin əvvəl buraxılmış qurğunun modifikasiya edilmiş versiyası olması ilə əlaqədar olaraq mühəndislər smartfonun daxilində "5G" ilə iş üçün lazımi antenaların və digər elementlərin quraşdırılması üçün bütün komponentlərin tərtib üsulunu yenidən hazırlamalı olublar.

Xatırladaq ki, orijinal "NEX S" irəliyə doğru çıxan ön kameraya malik çərçivəsiz ekranla təchiz olunub, 2018-ci ilin dekabrında isə ikiekranlı "Nex Dual Display Edition" modeli buraxılıb.

"Vivo" Çində beşinci nəsil mobil rabitə şəbəkəsinin öyrənilməsi üçün tədqiqat mərkəzi yaradan ilk smartfon istehsalçılarındandır. 2017-ci ildə şirkət "3GPP" konsorsiumunun inkişafına töhfə verənlər sırasına daxil olub. Bundan başqa, 2017-ci ildə "Vivo" şirkəti "5G" antena və əsas "RF" texnologiyalarının ilkin tədqiqatlarına başlayıb.

"5G" mövcud "4G" şəbəkəsini əvəz edəcək yeni nəsil rabitə şəbəkəsidir. Proqnozlara görə, şəbəkədən 2020-ci ildən etibarən bütün dünyada istifadə mümkün olacaq. Bundan sonra yalnız smartfonlar üçün optimallaşdırılan "4G" şəbəkəsindən fərqli olaraq milyardlarla qurğunun qoşulacağı "5G" şəbəkəsi məlumatların yüksək sürətlə ötürülməsini, zəif yubanma dərəcəsini, eləcə də enerjidən az istifadəni təmin edəcək.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.