Maraqlı

Ötən ilin kəşfləri

6 Yanvar 2019 22:35
0 Şərh     Baxış: 909
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

1. Vücudumuzda yeni bir orqan kəşf edildi. Araşdırmalara görə dərimizdə bağ toxumaları içi maye ilə dolu bölmələrdən yaranır. Bunlar, ağciyər, mədə, damarlar da olmaqla bir neçə daxili orqanımızı da əhatə edərək bir şəbəkə yaradır. Elm adamları bunun xüsusi bir orqan olduğu qənaətinə gəldilər və ona İnterstitium adını verdilər.

2. İndiyədək uşaqlara mitoxondrial DNT - nin analarından keçdiyi düşünülürdü. Lakin, son aylarda edilən araşdırmada mitoxondrial DNT - nin 40 faizinin atadan keçdiyi sübut edildi.

3. Amerikanın Alabama universitetində aparılan araşdırma nəticəsində beyində yaşayan bağırsaq bakteriyalarına rast gəlindi. Bu beyinlə bağırsaqlar arasındakı bağlantının yeni bir sübutu olmaqla yanaşı, həm də insanların iştahına və əhval-ruhiyyəsinə təsir edən daha bir faktorun kəşfi deməkdir. Milli.Az yasilelm.com-a istinadən bildirir ki, bu çox önəmli kəşf idi, çünki daha çox şizofren insanlarda rast gəlinir bu hala. Qeyd edim ki, şizofreniya hələ də səbəbi tam bilinməyən bir xəstəlikdir.

4. İfrazatımızda mikro ölçüdə plastik çöplər varmış. Təcrübə səkkiz ölkədə keçirildi və bütün insanların ifrazatında plastik maddələrin olduğu üzə çıxdı. Bu isə istər-istəməz insana yediyimiz yeməklərin həqiqi ərzaq yoxsa xüsusi laboratoriyalarda hazırlanmış maddələr olduğunu sorğuladır

5. Fransız elm insanlarının etdiyi 20 illik tədqiqat nəticəsində alın qırışıqlarının ürək xəstəliklərinin bir işarəsi olduğu sübut olundu. Aparılan araşdırmaya görə qaşların üst hissəsində yer alan dərin qırışları olan adamların kardiyovasküler xəstəliklərə tutulma riski 10 dəfə daha çoxdur.

6. Həyatımız boyunca çox insanla tanış olur və limitsiz şəkildə insanların üzlərini xatırlayırıq. Lakin, heç də limitsiz deyilmiş. Yüzlərlə insan üzərində aparılan tədqiqat nəticəsində məlum oldu ki, bir insan maksimum 10.000 simanı yadda saxlaya bilər.

7. Necə olur ki, xəyal qura bilirik? Bu sualın cavabı tam bilinməsə də Yaponiyada edilən bir araşdırma bizi cavaba yaxınlaşdırdı. Məlum oldu ki, yuxu görən və xəyal quran zaman Chrm 1 və Chrm 3 genləri aktivləşir. Dolayısı ilə xəyalpərəstlik genetik bir şeydi. CRİSPR metodu ilə bu genlərin çıxarıldığı siçanlarda REM yuxu mərhələsinin olmadığı sübut olundu.

8. Journal Nature dərgisində yayımlanan araşdırmaya görə bağırsaqlarımızda yaşayan bakteriyalar elektrik yaradırlar. Mütəxəssislər bu bakteriyaları elektrokimyəvi bölməyə yerləşdirdilər və nəticədə elektrik əldə etdilər. Kaliforniya Universiteti, Berkeleydəki bir mikrobioloq olan Daniel Portnoy deyir ki, elektrik yarada bilən elektrojenik bakteriyaların olması yeni bir şey deyil. Göllərin dibində yaşayan bəzi bakteriyalar məhz belədirlər. Lakin indiyədək insan vücudunda belə bakteriyaların olması ilə bağlı heç bir fikir sahibi deyildik.

9. Yaxın dostlar eyni düşünürlər. Əgər dostlarınızdan hansının əsl dostunuz olduğunu öyrənmək istəyirsinizsə dostlarınızı MR ə salmalısınız. Araşdırma zamanı insanlara eyni videoları seyr etdirib daha sonra beyin aktivitələrinə baxmışdılar. Məlum olmuşdu ki, yaxın dostlar eyni stimula birəbir eyni reaksiyanı verirlər.

10. Riyazi statistik modellərə aparılan araşdırmalar sübut etmişdi ki, 30 santimetrdən çəkilən selfielər burnumuzu daha iri və üz xətlərimizi daha eybəcər göstərir. Buna qarşılıq 1.5 metrdən çəkilən selfielərdə olduğumuz kimi düşürük. Bu fərqlər gözlə görünməsə də yaxından çəkilən şəkillərə baxarkən özümüzü pis hiss etməmizə səbəb olur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.