Maraqlı

Mask böyük bir plan hazırlayır

6 Yanvar 2019 21:35
0 Şərh     Baxış: 883
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

SpaceX və Tesla şirkətlərinin qurucusu İlon Mask orbital peyklər üzərindən bütün dünyaya internetin çatdırlması üçün böyük bir plan hazırlayır. Starlink adını verdiyi bu layihənin artıq detalları üzə çıxmağa başlayıb.

Belə ki, İlon Mask uzun bir zamandır planetar internet şəbəkəsinin qurulması üzərində baş sındırır. Bu ilin fevral ayında İlon Mask artıq Federal Əlaqələr Komissiyasından (FCC) 2019 və 2027-ci illərdə aşağı orbital peyklərin göndərilməsi barədə icazə alıb. Bu plan hələ 2015-ci ildən ortaya atılmışdı və artıq real işlərə başlanılması haqda düşünülür.

Milli.Az yasilelm.com-a istinadən bildirir ki, London Universitet Kollecindən Mark Handley bu proyektin necə görünəcəyi barədə bizə məlumat verdi. Belə ki, planetin orbitinə 1150 və 1325 km hündürlükdə 4425 ədəd peyk çıxarılacaq. Starlink üzərindən bir məlumat gödərilərkən bir peyk digəri ilə əlaqə qurmaq üçün radiodalğalardan istifadə edəcək və informasiya belə formada dünyanın istənilən nöqətinə sürətli bir formada çatdırılacaq.

Şirkət bunu etmək üçün Ka (20/30 GHz) və Ku (10/14 GHz) tezliklərindən istifadə edəcək və informasiyanın ötürülmə sürəti 1 Gb/san təşkil edəcək.Hal-hazırda mövcud olan internet sürətini iki qat artıracaq və planetin hər bir nöqtəsinə internet təqdim edəcək Starlink layihəsinin yaxın 10 il ərzində artıq işə başlaması gözlənilir. İlk peyklər artıq bu il orbitə çıxarılacaq, 2024-də isə növbəti peyklər sırayla yerini alacaqlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.