Maraqlı

XX əsrin açılmayan sirri - Üçüncü Reyxin yoxa çıxan rəhbərləri (3-cü yazı)

13 Yanvar 2019 21:10
0 Şərh     Baxış: 2 988
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İkinci dünya müharibəsi başa çatanda Almaniyanın yüksək vəzifəli rəhbərləri ölkələrinin məğlub olacağını anladılar. 1945-ci ildə SS qoşunlarının keçmiş döyüşçülərinin təşkilatı yarandı. Bu strukturun tapşırığı yüksək rütbəli alman hərbçilərinə kömək etmək idi. Amma təşkilatın maddi imkanları zəif idi. Almanlar müharibə vaxtı ələ keçirdikləri sərvəti SS zabitlərini Latın Amerikası, Yaxın Şərq və Afrikaya yola salmağa xərclədilər.

Milli.Az "ölkə.az"-a istinadən izi-tozu bilinməyən nasist liderləri haqqında geniş yazının üçüncü hissəsini təqdim edir.

Martin Borman

Beynəlxalq tribunaldan qaça bilən başqa bir nasist cinayətkarı Martin Bormandır. Martin Borman Hitlerdən sonra faşist Almaniyasının ikinci adamı və partiya dəftərxanasının rəisi olub. Sovet ordusu tərəfindən mühasirəyə alınmış Berlindən Martinin necə qaçması barədə məlumat çox azdır. Rəsmi versiyaya əsasən, Borman artıq küçələrdə savaşın getdiyi Berlindən çıxaraq qross-admiral Deynitsi xəbərdar etmək üçün çıxıb. Onunla birlikdə isə mühasirədən SS Norland diviziyasının bir hissəsi, Reyx dəftərxanasını mühafizə edən "Berensfenger" bölüyünün sağ qalanları, Hitlerin şəxsi pilotu X.Bauer, onun adyutantı O.Qyunşe və sürücü E.Kempke də çıxıb. Şpree sahilində isə sovet artilleriyası qrupu atəşə tutdu. Adyutant və pilot əsir düşdü. Sürücü və gənc faşist hərəkatı liderlərindən biri A.Oksman mühasirədən qaça bildi.

Bormanın Berlindən çıxması barədə isə şahidlər bir-birinə zidd ifadələr veriblər. Belə ifadələrin verilməsinin də müəyyən məqsədlə və ya təsadüfən olması da sual altındadır. Əsas versiyaya görə, Borman yaralansa da, dayanmayıb və hərəkətə davam edib, nəticədə isə öldürülüb. Bu hadisənin Berlin ətrafında, mərkəzində olmasını isə heç kəs dəqiq söyləyə bilmir. Nürnberqdə keçirilən beynəlxalq tribunalda isə Borman barədə qiyabi ölüm hökmü verildi çünki nasist cinayətkar hakim qarşısında deyildi.

Bir müddət sonra isə mətbuatda Bormanın ölmədiyi, Berlindən sağ çıxdığı barədə xəbərlər dolaşmağa başladı. Bormanın Berlindən sonrakı taleyi barədə bir neçə versiya var.
Onlardan birinə əsasən, Martin Latın Amerikasında özünə həyat qurub. O, plastik əməliyyat keçirib və artıq gizlənməyə ehtiyac qalmayıb. Hətta onun Avropaya sərbəst gəlib-getdiyini deyən şahidlər də tapıldı.

Başqa bir versiyaya əsasən isə, Martin Borman sovet kəşfiyyatçısı olub. Bu versiyaya əsasən, alman komunist Ernst Telmanın təşəbbüsü ilə 1920-ci illərdə Borman Leninqrada Karl adı altında göndərilib. Bu məlumat çox az adama  bildirilmişdi. Sonradan Borman Almaniyaya qayıtdı və Fürerin etibarını qazanaraq onun sağ əlinə çevrildi.

Reyxstaqın keçmiş deputatı Paul Heysslen iddia edir ki, Borman Çiliyə Xuan Qomesin adına olan sənədlə daxil olub. Bu məlumatı keçmiş ispan diplomat Anhel de Velasko da təsdiqləyib. Guya o, Bormana Argentinaya keçməyə kömək edib. Çili və Argentinadan başqa Borman Paraqvayda da olub.
Başqa bir versiyaya əsasən isə, Martin SSRİ-də yaşayıb. O, 1945-ci ilin 2 may tarixində Sovet İttifaqına kömək barədə şifrəli mesaj göndərib. Tank korpusunun generalı Serov isə sovet kəşfiyyatçısının köməyinə çatıb. Borman 27 il SSRİ-də yaşayıb. Ölümündən sonra isə Lefortovo qəbirstanlığında dəfn edilib.

Daha inandırıcı versiya isə budur: Martin Borman Berlin mühasirədə olanda özünə qəsd edib. O, xilas olmağa ümidin olmadığını anladığı üçün zəhər içib. Bu versiyanı bir sıra faktlar da təsdiq edir. Birincisi, 1972-ci ildə Berlin rayonlarının birində tikinti zamanı fəhlələr skelet aşkar edirlər. Skeletin ağız hissəsində zəhər qalıqları aşkar edilib. Bormanın şəxsi stomatoloqu şəxsən hazırladığı protez dişi tanıyıb. İkincisi, genetik analiz sübut etdi ki, skelet Bormana məxsusdur. Deməli, Borman 1945-ci ilin 2 may tarixində Berlində ölüb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.