Maraqlı

Çinin kosmik gəmisi Ayın görünməyən səthinə enib - FOTO

3 Yanvar 2019 09:51
1 Şərh     Baxış: 3 149

Çinin kosmik gəmisi ilk dəfə aya enib.

Milli.Az Sputniknews-a istinadla xəbər verir ki, Chang'e-4 adlı kosmik gəmi ilk dəfə ayın qaranlıq səthinə düşüb.

Bu barədə məlumat Çinin dövlət televiziyasından verilib.

Çinin ay tədqiqatçısı olan bu gəmi dekabrın 8-i Çinin Sıçuan vilayətindəki "Xichang Satellite Launch Center"dən havaya buraxılıb. Gəmi dekabrın 12-də orbitə daxil olub. Ayın səthinə enən gəmi hələ yerə qayıtmayıb.

Əgər əməliyyat uğurlu nəticələnsə, çinli tədqiqatçılar Ayla bağlı informasiyaları daha da genişləndirib, bütün dünyaya ötürəcəklər.

Qeyd edək ki, Ayın yerdən görünməyən qaranlıq tərəfinin fotosu ilk dəfə 1959-cu ildə SSRİ-nin "Luna-3" kosmik gəmisi tərəfindən çəkilib. O vaxtdan bəri həmin səthə çatan olmamışdı.

Bəxtiyar Umarlı
Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Rauf · 3 Yanvar 18:5420

    Repetitor yanına gedib sualların cavablarını əzbərləyəndə bax belə elmi nəticələrə nail olmaq olur.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.