Maraqlı

“Instagram Stories” üçün – Tövsiyələr

1 Yanvar 2019 18:10
0 Şərh     Baxış: 1 396
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2017-ci ilin mart ayından "Instagram Stories"lərində reklam yayımlama imkanı əlçatan olub. Bu isə markalara daha çox insana çatmaq üçün imkan verib. 2017-ci ilin sentyabrında isə şirkət dairəvi, tək foto, video, slayd şou kimi reklam modellərini və hekayəni təqdim etmək üçün asanlıq yaradan Canvas reklamlarını açıq elan edib.

Milli.Az facemark.az-a istinadən bildirir ki, reklamlar hesabların hekayələrini izlədiyiniz zaman ortaya çıxır. Əgər reklam üçün doğru hədəf seçilərsə, effektivliyi də yüksək ola bilər. "Instagram Stories"lərindən platformadakı adi paylaşımlar ilə müqayisədə, əsasən daha cəsur, daha müstəqil istifadə edilir. Nəticədə istifadəçilər reklamları izləməklə də maraqlanırlar. Belə storiesləri davamlı olaraq paylaşarsanız, həm baxış sayınız artacaq, həm də izləyicilərin daim baxmaq istədiyi meydana çevriləcəksiniz. İtib gedən paylaşımlar arasında sabit bir mövqeyə malik olmaq böyük dəyər ehtiva edir. Bu yazımda "Instagram" hekayələri üçün tövsiyələrimi və reklamlarınız üçün ən yaxşı tətbiq nümunələrini tapa bilərsiniz.

"Instagram" hekayə reklamları

Hekayələrdəki reklamlar biznesinizə hədəfləmə və daha çox insana çatmaq üçün funksiyalar təqdim edir. "Instagram" hekayə reklamları biznes profilinə malik olan hər hansı bir "Instagram" hesabı üçün istifadə edilə bilər.

İlk addım. Foto baxımından cəlbedici olun

"Instagram" reklamlarında bir video və ya foto yaratmaq seçiminə sahibsiniz. Hər iki vəziyyətdə istifadəçiyə göstərilən ilk görüntünün cəlbedici olması lazımdır. Hekayələrə sürətlə baxıb keçənlərin baxışlarınızı yaxlamanız gərəklidir.

Marka adını gözəçarpacaq şəkildə tənzimləyin

Əgər çox tanınan marka deyilsəniz, markanız və məhsullarınızla birlikdə inkişaf etmək məcburiyyətindəsiniz. Gec başa düşülən reklamlar hekayələrdə çox da yaxşı nəticə vermir. Çünki insanlar öz yayımları arasında dolaşmaq meylindədir.

Markanızın ön plana çıxması üçün bir neçə seçiminiz var:

- Loqonuzu cəlbedici şəkildə yerləşdirmək;

- Videoya, məhsulunuza fokuslanmaq;

- Adınızın ön plana çıxması üçün bəsit yazı tipindən və minimal dizayndan istifadə etmək

Musiqi əlavə edin

Musiqidən bir üstünlük kimi istifadə edin. Cəlbedici musiqi reklamın zəminini hazırlayır və izləyicini videonun içinə çəkə bilər.

- Mövzularınızı əlaqələndirin

Reklam yaradıcılığınızı və kontentinizi konfiqurasiya edin. Əgər veb saytınıza daha çox klik cəlb etmək istəyirsinizsə, əvvəlcədən əmin olmalısınız ki, insanlar sizin məhz bu paylaşımınıza baxıb ötüb keçməyəcəklər. Eyni zamanda, kütlənizi də çox diqqəti seçməlisiniz.

Məsələn nümunə göstərmək lazımdırsa, aşağıdakıları əlavə edə bilərik.

- Tətil və ya yemək üçün hazırlanmış blog yazısı;

- Vacib bir ehtiyacı həll edən "necə edilir" sualına cavab;

- İzlədikləri müəyyən bir məhsul qrupu. Əgər bu müştəri bazanızı yenidən hədəfləyən reklamdırsa, bilavasitə veb saytınızla əlaqəli olmalıdır;

Mövcud müştərilərlə əlaqə qurmaq üçün hekayə reklamlarından istifadə edin

"Instagram" yayımları alqoritmik hala gəldiyindən bəri, markalar izləyici sayını artırmağın çeşidli yollarını təcrübədən keçirdi. Tək yolu hekayələrdən istifadə etmək idi, ancaq hekayələr də alqoritmik olacaq şəkildə dəyişdi. Bunun əvəzində, sizi izləməyə qərar verən şəxslərin önündə olduğunuzdan əmin olmaq üçün reklam yayımlamanız lazımdır. Yeni məhsullarınızı və ya şirkət fəaliyyətini mövcud müştərilər ilə paylaşmaq üçün "Instagram" hekayə reklamlarından istifadə edin. Onsuz da sizi davamlı olaraq izləyən insanlar var. Sizin son zamanlarda nə etdiyinizə dair xəbərlər əlbəttə ki, onları həyəcanlandırır. Bu fəaliyyəti davamlı şəkildə həyata keçirmək lazımdır.

"Influencer"ları reklamınızın bir hissəsi olaraq istifadə edin

Əgər uğurlu marketinq strategiyanız varsa, niyə "influencer"lərdən istifadə etməyəsiniz ki? Bu istiqamətdə daha ətraflı məlumat almaq üçün digər bir yazıma keçid edə bilərsiniz.

https://www.fundalina.com/influencerlarla-calisma-rehberi/

Reklamı faydalı kontent kimi formalaşdırın

Kontenti birbaşa reklamın içində təqdim edin. Onlar daha çox məlumat almaq və məhsulu almaq istədikləri təqdirdə CTA (Call To Action) hər zaman onlar üçün orada olacaqdır.

"Instagram hekayələri" reklamlarına başlayın

Reklamlara hazırda abunəçilərinizin diqqətini çəkəcəyini düşündüyünüz kontent ilə başlayın. Reklamınızla əlaqədə olma ehtimalı yüksək olan şəxslər mütləq vardır. Hekayə reklamlarının açar nöqtələrini öyrəndikdən sonra, digər hədəflərə və yeni kontentə istiqamətlənə bilərsiniz.

Hədəflərinizi seçin

Hazırda "Instagram" hekayə reklamları üçün istifadə edilə biləcək bir çox hədəf var:

- Kütləyə çatmaq

- Video baxış sayları

- Geri dönüşlər

- Tətbiq yükləmələri

- Potensial müştəri yaratmaq

- Trafik

Daha sonra özünüz üçün başqa hədəflər də əlavə edə bilərsiniz. Əgər "Instagram hekayələri" üçün reklam yaradırsanız, bunlardan birinin seçildiyindən əmin olmalısınız.

- "Instagram" hekayələri üçün tövsiyə olunan ölçülər belədir

Tövsiyə edilən, yerləşdirmə ölçüsü 1080 x 1920

Minimum yerləşdirmə ölçüsü 600 x 1067

En-boy nisbəti 9:16

Maksimum fayl ölçüsü 4GB

Tövsiyə edilən video formatları MP4 ve MOV

Video uzunluğu maksimum 15 saniye

- Həm reklamları, həm də "Instagram" hesabınızı analiz edin

Həm hesabınız, həm də reklam performansını analiz etməyi unutmayın.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.